Bu gün millimizin rəqibləri bilinəcək

26.09.2014 | 4841 dəfə oxunub

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Stadium.Az xəbər verir ki, final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları bəlli olacaq.

Yarışa vəsiqələr uğrunda mübarizə aparacaq 45 komandadan 24-ü təsnifat mərhələsində 6 qrupa bölünəcək. UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirin ikinci hissəsində isə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşəcək.

Yığmamız seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında qərarlaşıb. Burada isə komandalar 7 qrupa bölünəcək. Püşk Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Təsnifat mərhələsi (13-18 yanvar 2015)
1-ci səbət (meydan sahibləri): Moldova (2*), Monteneqro (2), Litva (2),  Bolqarıstan (2), İsveç (3), Malta (4)

2-ci səbət (4): Cəbəllütariq, Estoniya, Uels, San-Marino, Şotlandiya

3-cü səbət (3): Andorra, Albaniya, Kipr, Danimarka, İsveçrə

4-cü səbət (2): İngiltərə, Ermənistan

5-ci səbət (1): Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail

* - mötərizədəki rəqəm gücünə görə hansı səbətə düşməli olduğunu göstərir.

 

Əsas seçmə mərhələ (17-22 mart 2015)
6-cı səbət (meydan sahibləri): Xorvatiya (1), Rumıniya (2), Sloveniya (2), AZƏRBAYCAN (2), Bosniya və Herseqovina (3), Polşa (3), Makedoniya (3)

7-ci səbət (4): təsnifat mərhələsinin 7 komandası

8-ci səbət (3): Belçika, Türkiyə, Qazaxıstan, Norveç

9-cü səbət (2): Macarıstan, Slovakiya, Hollandiya, Belarus

10-cu səbət (1): İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Ukrayna, Çexiya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail