Jurnalistlər "Dnepr"lə oyunda "Qarabağ"a güvənir - SORĞU

23.10.2014 | 3707 dəfə oxunub

Bu gün diqqətlər Ukraynanın Kiyev şəhərinə yönələcək. Stadium.Az xəbər verir ki, Avropa Liqasının qrup oyununda təmsilçimiz "Qarabağ" səfərdə "Dnepr"lə qarşılaşacaq. İdman mediası Ağdam klubunun bugünkü oyundakı şanslarını dəyhərləndirib. Newsport.az-ın apardığı sorğuda biri-birindən maraqlı fikirlər səslənib. 

Natiq Muxtarlı: (komanda.az saytının redaktoru) "Mənim qənaətimə görə, “Dnepr”lə oyun “Qarabağ” üçün “Sent Etyen” və “İnter”lə oyundan da çətin olacaq.  Ancaq bu o demək deyil ki, “Qarabağ”ın bu qarşılaşmada qalib gəlmək şansı yoxdu. Yox, şans həmişə var. Sadəcə ələ düşən imkanlardan maksimum yararlanmaq lazımdı. “Qarabağ”ın oyun ərzində belə imkanları mütləq olacaq. Ancaq bütün hallarda məni narahat edən “köhlən atalar”ın müdafiə xəttidi. Müdafiə xətti “Dnepr”in hücumlarının qarşısında tab gətirsə, “Qarabağ”ın hücum xətti öz işini görəcək. Ağdamıllar bacardıqca topu özlərində saxlamalı, texnikalarından yararlanmalıdırlar. “Dnepr” topsuz qalsa, oyun kondisiyasını itirəcək, hücumda pərakəndəlik yaranacaq ki, bu da “Qarabağ”a sürətli əks-hücumlar qurmaq imkanı verəcək. Çoz təəssüf ki, “Qarabağ” bu oyuna bir neçə aparıcı üzvü olmadan çıxacaq. Çumbinyo, Dias  sırada olsaydı, daha nikbin danışmaq olardı. Onların yerini  tutacaq yerli futbolçuların olmaması da təəssüf doğurur".

Amal Abuşov (Futbol+" qəzetinin yazarı): "Dnepr"lə oyun əvvəlki iki qarşılaşmadan xeyli fərqli olacaq. Hər halda rəqibin bizə tanış ölkədən olması azarkeşləri ümidlənndirib. Amma hissə qapılmaq olmaz. Unutmaq lazım deyil ki, "Dnepr" "Şaxtyor" və "Dinamo" kimi komandaların mübarizə apardığı çempionatın təmsilçisidi. Bu gün Azərbaycan futbolu heç bir göstəriciyə görə Ukraynayla müqayisə oluna bilməz. Ona görə də hər bir nəticəyə hazır olmalıyıq. Real baxsaq, rəqib də bizimlə oyuna ikiqat əzmlə hazırlaşır, "Qarabağ"dan maksimum xalq qoparmağı arzulayır. Qurban bəyin bizə xoş sürpriz edəcəyinə inanıram. Kiyevdə qazanacağımız bir xal bizim üçün qənimət sayılmalıdı.

Vüsal Bəbirli (Stadium.Az saytının baş redaktoru): "Qarabağ" bu günə kimi yaxşı futbol sərgiləyib və rəqiblərdən çəkinməyib.  İnanıram ki, bu gecə də Ağdam klubu  rəqibindən qorxmayacaq. "Dnepr"i kim zəif rəqib hesab edirsə, səhv edir. Qruplar bəlli olduqda hələ saytımızda yazımda bildirmişdim ki, bizim üçün ən çətin rəqib Ukrayna klubudur. Çünki bizim futbolu daha yaxşı bilirlər. Heyət baxımdan da usta futbolçulardan təşkil edilib. "Dnepr"in ötən mövsüm Avroliqadakı çıxışın unutmaq lazım deyil. Və unutmaq lazım deyil ki, Qurban Qurbanov bu gecə Corc və Cumbinyonun xidmətindən istifadə etməyəcək. Bunları nəzərə alsaq, səfərdən 1 xalla qayıtmaq da yaxşı nəticə sayılmalıdır".

Mərdan Həsənli (newsport.az saytının baş redaktoru): "Qarabağ"ı bugünkü oyunda şanssız sayanlar yanıla bilər. Qurban Qurbanovun yaratdığı komanda Kiyevdə xal və ya xallar qazana bilər. Hər halda bundan öncəki mərhələlərdə göstərilən oyun və qazanılan nəticələr belə dmeəyə əsas verir. Düşünürəm ki, "Qarabağ" bugün qrupda növbəti xalını qazanmaq üçün yaxşı şans qazanıb. "Dnepr" komandamızı Dnepropetrovskidə qəbul edə bilməyəcək ki, bugünkü oyunda da onları az sayda azarkeş dəstəkləyəcək. Bu da "Qarabağ"ın lehinə olan amillərdən biridi. İnanırıq və ümid edirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail