Qurban Qurbanov: "Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi"

24.10.2014 | 4905 dəfə oxunub

Avropa Liqasının F qrupunda səfərdə "Dnepr"i məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı dəyərləndirib. Stadium.Az xəbər verir ki, Qurbanov tarixi qələbədən sonra özlərinə arxayınlaşmamağı məsləhət görüb:

“Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq. Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail