Mahmud Qurbanov: "Millidə böyük dəyişiklik etmək mümkün deyil" - MÜSAHİBƏ

31.10.2014 | 5207 dəfə oxunub

Premyer Liqanın son turunda keçirilən “Sumqayıt” – “Xəzər Lənkəran” matçını izləyən millimizin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov, qarşılaşma bitdikdən sonra Stadium.az saytına müsahibə verib:

- Deyərdim ki, baxımlı futbol izlədik. Son dəqiqədə “Sumqayıt”ın hesabı bərabərləşdirmək üçün şansı olsa da, bəxtləri gətirmədi – top dirəyə dəydi.

-Bu oyunda hansı futbolçuları gözaltı etmişdiz?

- Təbii ki, var. Millidə oynayan futbolçulara baxdım. Həm də baxdım ki, görem millidə oynaya biləcək yeni bir futbolçu var.

- “Sumqayıt”da, yoxsa  “Xəzər Lənkəran”da?

- Elə hər iki komandada. İndi məsləhətləşib, bir qərar verəcəyik.

- Son zamanlar Təvəkkül Məmmədov yaxşı formadadı. Onu milliyə çağırmaq kimi bir fikriniz var?

- İndidən heç kim haqda bir söz demək olmaz.

- Gözaltı etdiyiniz oyunçular arasında o da var?

- Mən bir oyuna görə futbolçu çağıracam. Buna görə də, yaxı düşünməliyəm.

- Yəni risk etməyəcəksiz?

- Kim özünü yaxşı tərəfdən göstərsə, millinin qapısı onun üzünə açıqdı.

- Almaniyadan milliyə dəvət alan o lazımsız futbolçulara siz də dəvət yollayacaqsız?

- İndiyə kimi millidə oynayan futbolçular elə millinin oyunçularıdır.

- Amma daha əvvəl açıqlamnızda bildirmişdiz ki, millidə ancaq yerli oyunçular çıxış edəcək...

- Yerli futbolçular deyəndə... heyəti indidən demək olmaz.

- Legionerlərdən millidə özün ən yaxşı tərəfdən göstərən Dmitri Nazarov idi. Onu dəvət edəcəksiz?

- O da digərləri kimi namizəddir. Vaxt az olduğu üçün, heç birinin oyununa gedib baxa bilmədim.

- Yeni simalar olacaq millidə?

- Bir oyuna görə millidə böyük dəyişiklik etmək mümkün deyil. Buna görə də, indidən nəsə deyə bilmərəm. Ancaq deyə bilərəm ki, bir iki yeni futolçu millidə ola bilər.

ÜMİD BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail