"Dnepr"in futbolçusu: "Qarabağ" çox səviyyəli komandadır"

01.11.2014 | 5770 dəfə oxunub


Miron Markeviçin "Dnepr"ə gəlişi ilə əhəmiyyəti daha da artan Nikola Kaliniç yerli mətbuata müsahibə verib. Stadium.Az xəbər verir ki, 26 yaşlı xorvat hücumçu Avropa Liqası rəqiblərini xarakterizə edib:

"Düşünə bilərsiniz ki, "Qarabağ", "Sent Etiyen" və "İnter"dən güclü deyil. Ancaq mənim fikrimcə, "Qarabağ" digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır. Bu komanda çox düzgün taktika ilə oynayır. Heyətində olan bir çox futbolçu milli komandada çıxış edir. "Qarabağ"ın "Saint Etienne"lə oyununu dəfələrlə izləmişdik. Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, "Qarabağ" adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. "Qarabağ" qol vurduqdan sonra isə müdafiəyə çəkildi və boş zonaları bağladı. Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir.

Kaliniç Avroliqada ev oyunlarının Dneprpetrovskda yox, Kiyevdə keçirilməsinə qarşı olduğunu bildirib:

"Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. "Qarabağ"la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə "Qarabağ" tərəfdarı idi. Dneprpetrovskidə daha güclü azarkeş dəstəyi görürdük və yaxşı nəticələr qazanırıq".

"Sent Etiyen" klubunu Ukrayna "Metallurq"u ilə müqayisə edən xorvatiyalı hücumçu, "Qarabağ"ın heç bir Ukrayna klubuna bənzəmədiyini qeyd edib: "Onu deyə bilərəm ki, "Qarabağ" çox səviyyəli komandadır. Buna əmin ola bilərsiniz".



  #1   Adınız: ILQAR;   E-mail: ---

05.11.2014 10:47

ILQAR

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail