Rəşad Sadiqov: "Oynamağa imkan vermirlər" - MÜSAHİBƏ
"Sumqayıt"la oyundan sonra "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov Stadium.Az saytının əməkdaşına müsahibə verib:
- “Sumqayıt”la oyunumuz həqiqətən çox gərgin keçdi. Düzünü deyim ki, çətin olacağını da bilirdik. “Sumqayıt” yaxşı komandadı, sonadək mübarizə aparırlar. Əsas odu lazım olan qələbəni əldə etdik. Son zamanlar onlara qarşı oynamaq həqiqətən çətin olur. Çünki hamısı cavandı, birəbir mübarizə aparırlar.
- Hələ də səndən gözlədiyimiz oyunu görmürük...
- Burda meydan sintetikdir. Həm də rəqib komandada olan cavan uşaqlar oynamağa imkan
vermirlər. Əsas olan odur ki, 3 xalı qazandıq.
- “Qarabağ”a qarşı yaxşı oynayıb uduzduz, “Sumqayıt”a
qarşı belə oyunla qazandız...
- Elə oyunlarda yaxşı oynasaq da məğlub olmuşuq. Bu da istər istəməz
komandada gərginlik yaradır. Mənə elə gəlir, yaxşı oynayıb uduzmaqdansa, pis
oynayıb qazanmaq yaxşıdır.
- Nə vaxta kimi belə gedər səncə?
- Çox adam deyir ki, pis oynadıq. Əslində normal çıxış etdik. Sadəcə son 15
dəqiqədə arxaya çəkilib hesabı qorumağa çalışdıq. Buna görə pis göründü. 5-6
yüz faizlik qol şansımız oldu. Hesab 1-2 olandan sonra arxaya çəkildik, bu da
gərginlik yaratdı və rəqib üstümüzə gəlməyə başladı. O qol vəziyyətlərindən 3-4
vursaydıq, indi başqa cür olardı.
- Nədənsə “Xəzər Lənkəran” hesabda önə keçən kimi geri
çəkilir, müdafiəyə qapanır. Bu nəylə bağlıdı?
- İstədik topu özümüzdə saxlayaq, komanda sakitləşsin. Biri var “Dalğa
Arena”nın suni meydanında oynayasan, biri var buranın. Burda oynamaq çox
çətindi.
- “Sumqayıt”la oyunda həm də sizin komandaya xas
olmayan uzaq dioqanal paslarla oyun da gördük...
- Topu qəbul edəndə əziyyət çəkirdik. Çünki top tullana-tullana hərəkətdə
olur bu meydanda. Ona görə uzaq paslara üstünllük verirdik. Həm də bu cavanlara
qarşı ara paslarla oynamaq çətindi.
- Rəşad, demək olar, bu oyunda bəxtiniz gətirdi?
- Mən elə düşünmürəm. O qədər yüz faizlik qol şanslarımız oldu, onların
3-4-dən istifadə etsəydik, hesab taş fərqli olardı. “Sumqayıt” son dəqiqədəki
hücumunda top qapı dirəyinə dəydi. Bizim qollarımız alınsaydı, heç bu da
danışılmayacaqdı.
- Millinin baş məşqçinin yerli və ya əcnəbi olmasına
münasibətin necədi?
- Yerli olsa yaxşı olar. Çünki yerli məşqçi mentaliteti bilir, futbolçuları
tanıyır, daim Azərbaycanda olur. Legioner isə bunları bacarmır və nəticədə
seçimi düzgün olmur. Ən yaxşısı yerli məşqçinin olmasıdır.
- “Sumqayıt”la oyunu millinin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov da izləyirdi. Ümid edirsən sənə də dəvət göndərəcək?
- Əlbəttə, əlimdən gələni edəcəm ki, əsas komandaya çağrılım.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |