Reynaldo "Qarabağ"ı iki yerə parçaladı

17.11.2014 | 5653 dəfə oxunub

"Reynaldo qaydanı pozub və cəzasını alıb. O, klub tərəfindən cəzalandırılmayacaq". Stadium.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
İş ondadır ki, braziliyalı futbolçu bir neçə gün əvvəl sevgilisi və komanda yoldaşı Riçard Almeydayla birlikdə paytaxtın gecə klublarının birindən içkili halda çıxıb və avtomobili də bu vəziyyətdə idarə edib. Yol polisləri isə Reynaldonu saxlayaraq ona müvafiq cəzrimə kəsərək, protokol tərtib ediblər. "Qarabağ” rəsmisi isə açıqlamasında bildirir ki, bu, klubun yox, Reynaldonun şəxsi işidir. Bu səbəbdən futbolçu hər hansı bir cəza və ya cəriməyə məruz qalmayacaq.
Bir neçə gün öncə isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında "Reynaldonun belə xarakterdə olması məni narahat edir. Çünki bu cür insanlar nə vaxtsa yenə öz xarakterlərinə qayıdırlar. Bizim onunla 4,5 illik müqaviləmiz var. Əgər o əvvəlki xasiyyətinə qayıtsa, klubun qayda-qanununa zidd hərəkətlər etsə, o zaman onu pul cəzası gözləyəcək. Karyerasına ciddi zərbə vurmuş olacaq. Həmçinin mən də bir məşqçi kimi ona qarşı öz prinsiplərimi ortaya qoyacam. Bu barədə onun özü ilə dəfələrlə danışmışıq və o özü də bunu anlayır" deyə açıqlama vermişdi.
Reynaldo "Qarabağ”a gəlməmişdən öncə də içki düşkünü olub və bu məqam onu "Anderlext”in əsas heyətindən uzaq salıb. Görünən odur ki, son iki ayda braziliyalı futbolçunun hazırlıq səviyyəsi durmadan aşağı düşür. İndi isə Reynaldo gecə klublarında gün keçirir, içkili halda polislər tərəfindən yaxalanır. Məhz bunlara görə Qurban müəllim Reynaldonun cəzalanacağını bildirmişdi. Onun şəxsi həyatı "Qarabağ”ı maraqlandırmasa da, bu məqam onun oyununa təsir edir və komandaya zərər verirsə, klub buna birbaşa müdaxilə etməlidir. "Qarabağ” rəsmisi isə futbolçunun cərimələnməyəcəyini bildirir. Baş məşqçinin açıqlamasının əksinə olaraq. Deyəsən, "Qarabağ”da Reynaldoyla bağlı fikir ayrılığı, parçalanma var. Hər halda, məsələnin görünən üzündə ərkəsöyün "körpəyə” sahib çıxmayan klub rəhbərliyi, onu islah etməyə çalışan isə baş məşqçi var. Bu məsələdə hansının haqlı olmasına isə "Qarabağ” daxili parçalanmanı aradan qaldıraraq qərar verməlidir. (goal.az)



  #2   Adınız: Stadium.Az;   E-mail: ---

17.11.2014 17:42

yeni qaydalara görə milliləşdirilməsi üçün mütləq 5 il
Azərbaycanda yaşamalıdır. Çünki Braziliyalıdır və Azərbaycana
hem bir bağlılığı yoxdur.

  #1   Adınız: adel;   E-mail: [email protected]

17.11.2014 16:58

niye reynaldo azerbaycanlasdirilmadi>?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail