"Roma" "Neftçi"nin qapıçısın alır?

18.11.2014 | 5631 dəfə oxunub

“Neftçi”nin qapıçısı Emil Balayevin "Roma"nın maraq dairəsinə düşməsi Türkiyə mətbuatının da diqqətindən yayınmayıb. Stadium.Az xəbər verir ki, "Milliyyet" qəzeti "De Sanktisin yerinə Azəri Buffon!" başlıqlı xəbərdə "Neftçi"nin qapıçısının "Roma"nın transfer siyahısına düşdüyünü qeyd edib: 

"20 yaşlı gənc qapıçı Balayev "Azərbaycanın Buffonu" ləqəbi ilə tanınır. Gənc qolkiperlə Avropanın öndə gedən klubları, xüsusən də "Roma" maraqlanır. "Roma"da bir müddət "Qalatasaray"da forma geyinən Morqan De Sanktisin karyerasını bitirməyə hazırlaşması bu transferə zəmin yaradıb. "Roma" rəsmiləri "İnter" matçı başda olmaq üzrə Emil Balayevi izləməyə başlayıb. Klubla müqaviləsi dekabrda bitəcək gənc qapıçı üçün transfer haqqı ödənilməyəcəyi üçün, o, bir çox klubun maraq dairəsinə düşüb".

Yazıda həmçinin bildirilir ki, Emil bir vaxtlar türk klublarının da maraq dairəsində olub. Bununla bağlı Emil özü isə belə açıqlama verib:

"Bu bardə mən də saytlardan xəbər oxumuşam. Amma konkret heç bir təklif almamışam. Əgər bu duz xəbərdisə, o zaman buna ancaq sevinə bilərəm”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail