Kaxaber Sxadadze əvvəl "Xəzər Lənkəran"ı təhqir etdi, sonra yumruq atdı!

21.11.2014 | 4087 dəfə oxunub

Ötən gün baş tutan Premyer Liqanın 12-ci turunun “İnter” – “Xəzər Lənkəran” oyunu təkcə hakim yox, həm də klub rəsmilərinin qalmaqalıyla yadda qaldı. Stadium.az xəbər verir ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze komandaının üçüncü qol zamanı “Xəzər Lənkəran”ın ehtiyat skamyasına tərəf qeyri-etik jest etdi. Gürcü məşqçi sözün hər mənasında bu hərəkətiylə lənkəranlıları təhqir etdi.

Aldığımız məlumata görə, onun ürəyi bununla da soyumayıb. Belə ki, komandalar paltardəyişmə otağına yollanan zaman Kaxa “Xəzər Lənkəran”lıları bu dəfə dildə təhqir etməyə başlayıb. Onun təhqiramiz ifadələrinə qarşılıq verən Yunis Hüseynovla Kaxa arasında bu zaman insident baş verib. “Xəzər Lənkəran”ın idman direktoruna yumruq atan Sxadadze yenə söyüşlərindən qalmayıb. İki tərəfi komandaların digər üzvləri bir-birlərindən ayırıb.

Yunis Hüseynov hələ “Xəzər Lənkəran”da baş məşqçi işlədiyi zaman Kaxaber Sxadadze onu təhqir etmişdi. Ancaq gürcü sonradan üzr istəmiş və tərəflər barışmışdı.

Bu hal Kaxaberin ilk hərəkəti deyil. Yəqin ki, sonuncu da olmayacaq. Sxadadze dəfələrlə yerli klub rəsmilərini, jurnalistləri təhqir edib. Ancaq heç bir aidiyyatı qrum buna görə ona qarşı tədbir görməyib. Etdiklərinin cəzasız qaldığını görən harınlamış gürcü isə, hər dəfə çörəyin yediyi xalqın insanlarını təhqir etməkdən çəkinmir.

Kaxaberin bu hərəkətlərinə qarşı ya çempionatı təşkil edən PFL və AFFA birdəfəlik ölçü götürməli, ya da “İnter” rəhbərliyi dəlisin tutub ayağına bağlamalıdır.

Bu qədər olmaz daha. Bir ağzısulu gürcü bu xalqın insanların az təhqir etməlidir!

Stadium.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail