4 oyun, 4 böyükhesablı qələbə

22.11.2014 | 3491 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti matçlarını keçirib. Stadium.Az xəbər verir ki, son bir həftədə “qırmızı-qaralar” 4 yaş qrupunda meydana çıxıb.

Bütün matçlarda böyükhesablı qələbə qazanan “Qəbələ” həftəni itkisiz başa vurub.

U-19 “Neftçi” ilə ev oyununda böyükhesablı qələbə qazanıb – 8:1. Keçirdiyi 8 matçda 19 xal qazanan komanda 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar”ın növbəti rəqibi “Simurq” olacaq.
U-17 Liqada son həftədə oyun keçirilməyib. 7 matçda 7 qələbə qazanmaqla liderlik edən “Qəbələ” növbəti tura “Neftçi”nin qonağı olacaq.
U-16 IX turda istirahət edib. 8 oyunda 19 xal qazanan “Qəbələ” IV pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti turda “Şirvan”ı qəbul edəcək.
8 oyunda 17 xal toplayan U-15 də IX turda istirahət edib. “Vətən”lə ev oyunu öncəsi komanda II pillədə qərarlaşıb.
U-14 Liqasının Paytaxt zonasında çıxış edən “Qəbələ” Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib. 7 oyunda 16 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Qəbələ təmsilçisi IX turda “Rəvan”la görüşəcək.
U-13 komandası Şimal, Qərb və Qarabağ regionunun Qəbələ zonasında növbəti böyükhesablı qələbəsini qazanıb. Qax UGİM-ini 11:0 hesabı ilə məğlub edən komanda I dövrənin son turunda Yevlax UGİM-i ilə görüşəcək. 6 oyun keçirən “Qəbələ” bütün matçlarda böyükhesabla qalib gəlib
7 matçda 17 xal toplayan U-12 VIII turda istirahət edib. Komanda IX tur öncəsi 2-ci pillədə qərarlaşıb.
U-11 Yevlax UGİM-ini 6 cavabsız qolla məğlub edib. 7 oyunda 18 xal toplayan “Qəbələ” I dövrənin son matçında “Rabitəçi” ilə qarşılaşacaq.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail