Pərviz Abdullayev dünya kəməri uğrunda mübarizə aparacaq

22.11.2014 | 4245 dəfə oxunub

Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev də kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək. Stadium.Az xəbər verir ki, idmançımız bu gün Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq döyüşdə qüvvəsini sınayacaq.

O, “Mix Fighter” klubunun təşkil etdiyi “Yeni üfüqlər” yarışının Qrand-final döyüşlərinin baş tutacağı gecənin iştirakçısı olacaq. Ümumiyyətlə isə burada 14 ölkədən olan idmançılar rinqə çıxacaq. Əvvəl “Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri arasında döyüşlər baş tutacaq. Abdullayev bunun ardınca baş tutacaq 4 superdöyüşdən birində gücünü sınayacaq. İdmançımız K1 qaydaları ilə baş tutacaq döyüşdə 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq.

Kikboksinqçimiz planetin ən güclüsü olmaq uğrunda mübarizədə Mərakeş idmançısı Raşid Belani ilə üz-üzə gələcək. Hollandiyanın VOS GYM klubunu təmsil edən rəqibi ilə qarşılaşmanın qalibi İPCC-nin dünya çempionu adına da yiyələnəcək. Həmyerlimizin döyüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bütün döyüşlər “Boyets” televiziya kanalı ilə yayımlanacaq.

Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub etmişdi.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail