"Bakı-2015" Fransada

22.11.2014 | 3657 dəfə oxunub

Noyabrın 21-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin  və Fransa Güləş Federasiyasının  birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Stadium.Az "Azərtac"a istinadən xəbər verir ki, mətbuat konfransının əvvəlində Azərbaycanda idmanın inkişafından və Avropa Oyunlarına hazırlıqdan bəhs edən sənədli film nümayiş etdirilib.

Fransa kütləvi informasiya vasitələri nümayəndələrinin, Güləş Federasiyasının təmsilçilərinin və səfirliyin əməkdaşlarının, bir qrup idmançının iştirak etdiyi konfrans 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşviqinə həsr edilən silsilə tədbirlərin davamı olaraq həyata keçirilib.

Son illər Azərbaycanda idmanın inkişaf etdiyini, ölkəmizdə  beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının keçirildiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirib və  idmanın müxtəlif növləri  üzrə  yarışların keçiriləcəyini bildirib.

Sağlam nəslin yetişməsi üçün ölkəmizdə  idmana xüsusi qayğı göstərildiyini vurğulayan diplomat  perspektivli gənclərin idmana daha çox cəlb edilməsi üçün  ölkəmizin müxtəlif regionlarında 40-dan artıq olimpiya idman kompleksinin tikilib istifadəyə verildiyini xatırladıb.

“Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun  prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdıran E.Əmirbəyov bu oyunların keçirilməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.

Səfir üzgüçülük, boks, atletika, voleybol, velosiped, badminton, güləş və s. daxil olmaqla idmanın 20 növünü əhatə edəcək Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini,  Fransanın isə 350 idmançı ilə təmsil olunacağını bildirib.
Azərbaycanın idman tarixində güləşin xüsusi yeri olduğunu xatırladan səfir idmanın bu növünün ölkəmizdə geniş yayılmasından,  dünya və Avropa çempionlarında güləşçilərimizin uğurla çıxış etmələrindən, onlarla azərbaycanlı güləş ustasının dünyanın və Avropanın yüksək titullarını qazanmasından söhbət açıb.

Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolom  Fransada idmanın güləş növünün inkişafından və bu sahədə adlı-sanlı idmançıların yetişməsindən bəhs edib, cari ilin mayında Azərbaycan Güləş Federasiyası ilə razılıq sənədinin imzalanmasının iki ölkə arasında idman sahəsində inkişaf edən əməkdaşlığa töhfə olduğunu vurğulayıb.

Federasiyanın milli texniki direktoru Mişel Lafon dekabrın əvvəlində Fransa və Azərbaycan güləşçiləri arasında keçiriləcək yarışda iştirak edəcək idmançıların hər biri barədə məlumat verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail