"Khazar Islands" - "Araz" matçında qalmaqal düşdü, prezident barmaq silkələdi

16.12.2014 | 4555 dəfə oxunub

Bazar günü futzal üzrə Azərbaycan yüksək liqasının 7-ci turuna Ekol Qarabağ veteranları" matçıyla start verildi. Goal.az xəbər verir ki, birincilər rəqibini 7:0 hesabıyla məğlub edərək 3 xal qazandı. Günün ikinci matçı isə həm gərginliyiylə, həm də yaşanan insidentiylə diqqət mərkəzinə düşdü. Çempionatda ilk mövsümünü keçirən  "Khazar Islands" "Araz"ın ciddi müqavimətinə rəğmən 4:3 hesabıyla sevinən tərəf oldu. Hazırki çempion hesabda iki dəfə önə keçsə də "Khazar Islands"ın təzyiqinə sonacan tab gətirə bilmədi. Oyunda ən maraqlı hadisələr ikinci hissədə cəryan etdi. Belə ki, oyunu idarə edən Azər Məmmədov və Yusif Nurullayevdən ibarət hakimlər  briqadasının mübahisəli epizod sonrası "Araz"ın qapısına 7 metrlik cərimə zərbəsi təyin etməklə yanaşı, komandanın 7 nömrəlli futbolçusu Ramiz Çovdarova ikinci sarı vərəqəni göstərməsi aləmi biri-birinə qatdı. Daha sonra isə meydana daxil olan Futzal Federasiyasının prezidenti Zaur Axundov hakimlərə barmaq silkələmklə öz iradını bildirdi. Bu məqamda etirazlarını çılğın şəkildə bildirən Araz kollektivini hardasa başa düşmək olardısa, federasiya rəhbərinin addımını heçdə anlayışla qarşılamaq mümkün deyil. Prezidentin təzyiqindən sonra isə hakimlər qərarını dəyişməli oldu.  Zaur bəyin əsəbləri bununla da soyumadı və o, hakimin öz qərarını dəyişməsinə etiraz edən "Khazar Islands"ın məşqçi heyətinə yüksək tonda yerlərinə əyləşmələrini əmr etdi. Təəssüfki, bu həngamə ölkə futzalı adına heç də xoş olmayan bir mənzərəni, acı bir reallığı ortaya qoymuş oldu. Həmin reallığı ki, yuxarıların vəzifə səlahiyyətlərini aşmasını və hakimlərin yuxarıların diqtəsiylə hərəkət etməsini göstərmiş oldu.

Turun son günündə isə "Fener" "Neftçi"ni 4:2 hesabıyla məğlub edib yenidən zirvəyə yüksəldi.

Tino Peres (Araz): "Hakimlərin qərarları haqda danışmaq istəmirəm. Qələbə qazanmağa yaxın olduq. Ancaq rəqibin heyətindəki futzalçılar təcrübə və səviyyə baxımından yetirmələrimi üstələdi. Yerli futzalçılarla işləmək mənə xoş olsa da, legionersiz bir qədər çətindi. aralarında perespektivli gənclər var. Lakin səviyyəli legionersiz oynamaq bir qədər çətindi. Rəqibi  qazandıqları qələbə münasibətilə təbrik edirəm"

Elnur Qəmbərov (Khazar İslands): "Müsahibələrimin birində də demişdim ki, artıq hakimlik haqda danışmayacağıma dair söz vermişəm və bu sözümü tuturam. Onsuzda oyunu izləyənlər yaşananları gördü. Yetirmələrimi təbrik edirəm. Çətin oyun oldu. Rəqib sona qədər mübarizə apardı. Bizə qarşı ciddi müqavimət göstərdi. İnşallah növbəti oyunlarda da uğur qazanmağı arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail