Tahir Gözəl UEFA rəsmisiylə görüşdü

20.12.2014 | 4410 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə görüşü baş tutub. Stadium.az xəbər verir ki, görüş İsveçrənin Nyon şəhərində keçirilib. 

Klubun rəsmi saytının məlumatına görə, Marçetti Tahir Gözəli olduqca səmimi qarşılayıb. Görüş bir saat davam edib. Tahir bəy UEFA məmuruna "Qarabağ" haqqında məlumat verib. "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etdiyini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib. 

Tahir bəy ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib  olduğunu vurğulayıb. Vitse-prezident İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. Haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

Marçetti isə öz növbəsində məsələyə UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, olayla bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirən deyib ki, UEFA istənilən halda hakimlik məsələsinə çox həssas yanaşır: "Hakimlər səhv etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəçilik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacağımız təqdirdə klub olaraq etiraz hüququmuz var. Alınacaq qərarla razılaşmasaq, UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malik olacağıq".

Marçetti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. O, komandanın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail