Fariz Nəcəfov: "Transferlərdə son sözü baş məşqçi deyəcək"

21.12.2014 | 4453 dəfə oxunub

"Qəbələ" yeni baş məşqçisi Roman Qriqorçuku ictimaiyyətə təqdim edib. Stadium.Az xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə klubun vitse-prezidenti Fariz Nəcəfov açıb:

"Hamınızı salamlayıram. Təəssüf ki, jurnalistlərlə tez-tez məhz məşqçi dəyişdiyinə görə görüşürük. Roman Qriqorçukla biz yayda danışırdıq, amma alınmadı. İndi gələsi oldu. İnanıram ki, qazanacağımız uğurların fonunda onunla işimiz uzunmüddətli olacaq".

Qriqorçuku seçmələrinin səbəbini izah edən Nəcəfov mütəxəssisin qarşısına qoyulan hədəfləri də açıqlayıb: "Biz Romanı ona görə seçdik ki, mentalitetə bələddi. Keçmiş klublarda aşağı komandalardan əsas heyətə futbolçular cəlb edib. Həm də işlədiyi yerlərdə uğur qaanıb. Məşqçinin qarşısına ancaq uğur qazanmaq məqsədi qoyulub. Ən aşağısı, avrokuboklara vəsiqə qazanmalıdı. Bunun üçün komandada potensial var". 

Klub rəsmisi "niyə ancaq əcnəbi məşqçilərə üstünlük verirsiz" sualına isə belə cavab verib: "Bütün yerli məşqçilərimizə hörmətimiz var. Bizdə bütün seçimləri klub prezidenti edir. Bunu klub prezidentindən soruşsaz, daha yaxşı olar. Amma nəzərə alaq ki, klubun 9 illik tarixinin 4-5 ilində yerli məşqçilər işləyib".

Nəcəfov bir müddət öncə müsahibəsində bundan sonra bütün transferləri klub rəhbərliyinin edəcəyini söyləmişdi. Vitse-prezident həmin məsələyə də toxunub: "Adams gələndə klub prezidenti bu işi baş məşqçiyə həvalə etdi. Daha sonra Syomin gəldi. Transferləri uğurlu alındı. Ancaq Muntyanunun transferləri yaxşı çıxmadı. Bu da baş məşqçiyə sonsuz inamdan irəli gəlirdi. İndi də transferlərdə son sözü baş məşqçi deyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail