Ziya Məmmədov: "Avropa Oyunları ilə əlaqədar xüsusi proqram hazırlanıb"

26.01.2015 | 3645 dəfə oxunub

“Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat sahəsində ölkəyə gələcək əcnəbilərin, habelə əhalinin gediş-gəlişini təşkil etmək üçün xüsusi proqram hazırlanıb”.

"APA-Economics"in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.   Məmmədovun sözlərinə görə, artıq oyunlarla bağlı dəhlizlər, yollar bəllidi: "Yəni turistlərin, qonaqların, idmançıların necə hərəkət etməsi ilə bağlı Nəqliyyat Nazirliyində proqram hazırlanıb".

Oyunlarla əlaqədar yeni nəqliyyat vasitələrinin gətiriləcəyini qeyd edən nazir bildirib ki, artıq ölkəyə 300 “London taksi”si gətirilib. “Gətirilən 300 taksiyə dövlət qeydiyyat nişanı verilib. Bundan başqa, fevralın sonu, martın əvvəlində ölkəyə daha 200 bu tip taksi gətiriləcək”, - deyə qurum rəhbəri bildirib.

 Məmmədov əlavə edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən yaradılan “BakuBus” MMC tərəfindən ölkəyə Fransa şirkətinin istehsal etdiyi “İveco” markalı avtobuslar gətiriləcək: “Bu avtobusların adları I Avropa Oyunlarına bağlı olsa da, onlar həmçinin Azərbaycan vətəndaşlarına da xidmət edəcək. Bundan başqa, sürücülərin dil maneəsinin aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər həyata keçirilir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail