Qurban Qurbanov: "Mənim Vüqar Nadirova həmişə iradlarım olub" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Legiya”yla oyundan sonra Stadium.Az saytının
Antalyaya ezam olunmuş əməkdaşına qarşılaşma barədə müsahibə verib:
- Əvvəlcə “Legiya”yla
oyun barədə fikirlərinizi bildirərdiz...
- Məncə normal oyun alındı. Futbolçuların
durumu pis deyildi. Yükləmələri azaldıb, tam oyuna hazırlaşmışdıq.
Futbolçularda oyuna yaxşı kökləndilər. Qarşılaşma da pis alınmadı. Hər iki
komanda öz oyun üslübundan kənara çıxmadı. Yaxşı oyun sərgilədilər.
Futbolçularımız hələ tam hazır deyil, amma ümümi oyuna gəldikdə, bəzi səhvlərimiz
oldu. Buna baxmayaraq, komanda sona kimi oyunu nəzarətdə saxlaya bildi.
- Ötən oyunda komanda ağır idi. Bu gün isə
kifayət qədər hərəkətli təsir bağışladı. Bunu məhz yükləmələrin azaldılmasıyla
bağlamaq olar?
- Mütləq. İndi elə bir dövdür ki, toplanışın
soonunda da futbolçular optimal formada olmayacaq. Məşqlər, yükləmələr,
psixoloji yorğunluq, hamısı üst-üstə yığılıb. Bu səbəbdən indi istədiyimiz
performansı futbolçulardan ala bilmərik. Çalışırıq ki, işimizi düzgün quraq və
oyunçular nə çox yüklənsinlər, nə də az. Mən daha əvvəl də demişəm, komanda
optimal formaya çempionatda 3-4 oyun keçirəndən sonra düşəcək. Ümumən yaxşı oyun
oldu. Hər iki komanda bir birinə hörmətlə yanaşdı.
- Vüqar Nadirov bir neçə səhv etdi. Ona iradlarınız
olacaq?
- Mənim Vüqar Nadirova həmişə iradlarım olub.
O cümlədən də hər bir futbolçuya. Əsasən də yaxşı oyunlardan sonra. Onlara daim
tərif versək, yaxşı alınmaz. Aexayınlıq onlara pis təsir edər.
- Diasa niyə şans vermədiz?
- Biz çalışdıq ki, futbolçular 90 dəqiqə
meydanda olsun. Reynaldonu ona görə əvəzlədim ki, toplanışa gec qoşulmuşdu. Məşqlərə
komandayla gec başlamışdı, ona görə. Leroy da yorğun olduğu üçün dəyişdim. İki
gündən sonrakı oyunda çalışacağıq komandada hamı oynaya bilsin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |