Kaxaber Sxadadzedən daha bir şərəfsiz hərəkət

31.01.2015 | 6234 dəfə oxunub

Ötən gün Premyer Liqanın 19-cu turunun ilk oyunu “İnter” – “Sumqayıt” oyununda baş verən bir hadisə böyük söz-söhbət yaratdı.

Stadium.Az xəbər verir ki, oyun gedərkən epizodların birində top daşıyan uşağa hirslənən “bankirlər”in baş məşqçisi Kaxa Tsxadadze azyaşlının üstünə qışqırıb. Hətta hadisə şahidlərinin iddia etdiyinə görə bununla hirsi soyumayan gürcü məşqçi uşağa qarşı küçə söyüşləri də işlədib.

Ancaq Kaxanın tərbiyəsizliyi bununla da bitməyib. Mətbuat konfransında həmkarımız Emin Səfərovun olayla bağlı verdiyi sualı saymazyana bir şəkildə cavablandırmayan gürcü növbəti dəfə “yüksək mədəniyyət nümunəsi” göstərib.

Derbi.az-a daxil olan məlumat isə daha maraqlıdır. Artıq məlum olub ki, Tsxadadzenin söyərək təhqir elədiyi uşaq “İnter”in aşağı yaş qrupları üzrə komandalarından birinin üzvü Məhəmməd Tağıyevdir.

MƏHƏMMƏD

Xatırladaq ki, Məhəmməd təcrübəli həmkarımız, “Het-terik news” qəzetinin baş redaktoru İlqar Tağıyevin oğludur.

Məsələ ilə bağlı həmkarımızın münasibətini öyrəndik. Saytımıza açıqlama verən İlqar müəllim ilk olaraq oğlu ilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirdi:

“Bu söz-söhbəti mən də indi eşitdim. Bu məsələni mütləq araşdıracam. Əgər deyildiyi kimi Kaxa orda mənim oğlumu təhqir edibsə, hətta söyüş söyməsə belə səsini yüksəldib, qışqırıbsa belə mütləq bir tədbir görəcəm. Ümumiyyətlə, söhbət təkcə mənim oğlumdan getmir, onun yerində başqa bir uşaq da ola bilərdi. Qarşısında kimin olmasından asılı olmayaraq əgər təhqir olubsa əmin olun ki, mən o sözləri üzbəüz Kaxanın özünə qaytaracam.

Azyaşlılara örnək olmaq, onlara futbol sevgisini aşılamaq əvəzinə bu cür kobud davranarsaq onların gələcək karyeralarına ciddi zərbə vurmuş olarıq”.

Mətbuat konfransında yaşanan olaya da münasibət bildirən İlqar Tağıyev hadisəyə belə şərh verib:

“Əslində mətbuat konfransında verilmiş suala cavab vermək baş məşqçinin borcudur. Ancaq cavab verməsə belə, bunu etik bir şəkildə etməlidir. Bildiyim qədər isə Kaxa növbəti dəfə öz “ampluası”nda çıxış edib”. (Derbi.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail