Tərlan Quliyev: “Neftçi”də “Qarabağ”dan çox qazanırdım” - Müsahibə

31.01.2015 | 5604 dəfə oxunub

"Qarabağ”ın sol cinah müdafiəçisi Tərlan Quliyevin Goal.Az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi:

- Başa çatan təlim-məşq toplanışın necə dəyərləndirirsən?

- Məncə çox yaxşı keçdi. 22 gün hazırlıq 
keçdik, ilk 10 gündə isə ancaq fiziki güc topladıq. Daha sonra oyunlar başladı. Fiziki məşqlərdən sonra oyun oynamaq çox çətin olur, ona görə də, ilk görüşlərdə zəif çıxış etdik. "Legiya”yla oyunda isə özümüzə gəldik artıq.

- Əvvəl "Neftçi”də oynamısan. Məşq prosesində fərqlər var?

- Orda fiziki hazırlıq tamam başqa idi, burda başqa. Orda hər gün iki məşq olurdu. "Qarabağ”da isə iki məşq olan gününün sabahısı ancaq bir məşq olur. Yəni iki ağır məşqdən sonra bədən özün bərpa etsin də, bir məşq olur. Amma başqa klublarda belə deyil.

- Bəs köhnə və yeni klublarını necə müqayisə edərsən?

- Bunu müqayisə eyməyim düzgün olmaz. Çünki orda çox yaxşı xatirələrim var. Mənim üçün hər iki komanda doğmadır.

- "Neftçi”dən niyə ayrıldın?

- Orda zədə aldım, özümə gələ bilmədim. 2 ay futboldan uzaq qaldım. Sonra götür-qoy etdim ki, yaxşısı komandamı dəyişiməyimdir. Başqa təkliflər də var idi, amma buranı seçdim. "Qarabağ” məni hələ iki il əvvəl də istəyirdi, amma o zaman "Neftçi”ylə müqaviləm vardı deyə gələ bilmədim.

- Sadıq Sadıqov nə yaxşı səni komandada saxlamaq istəmədi?

- Bu barədə onunla çox söhbətimiz oldu. Sadıq müəllim sağ olsun ki, məni başa düşdü və komandadan ayrılmağıma problem yaratmadı.

- Maddi vəziyyət "Neftçi”də yaxşı idi, yoxsa indi "Qarabağ”da?

- Buna heç vaxt üstünlük verməmişəm. Allah nəyi qismət edirsə, ona da şükr etmək lazımdı. Amma tam səmimi deyirəm ki, "Neftçi”də "Qarabağ”dan çox qazanırdım. Bu da sübut edir ki, pula qaçan insan deyiləm. Klub rəhbərliyi necə məsləhət bilirsə elə də olmalıdır.

- Niyə məhz "Qarabağ”ı seçdin?- Çünki daim oynamaq istəyirəm. Burada da yerli uşaqlara çox üstünlük verilir, ona görə. Düzdü, hələ daimi olaraq oynaya bilmirəm. Bu da onunla bağlıdır ki, hələ tam olaraq oyun üslubuna uyğunlaşmamışam. Çünki "Neftçi”də məndən başqa şey tələb edilirdi, burda başqa.

- Məsələn nə?

- "Neftçi”də eləydi ki, cinah müdafiəçisi hücuma qoşulanda qabağa gedib qapı önünə asma edib cəld geri qayıtmalıydı, amma burda belə deyil. "Qarabağ”da isə başqadı. Əsas iş qabağa gedib qapı önünə asma etmək deyil. Yarımmüdafiəçi kimi ortaya girib, açılmaq, top istəmık lazımdı. Bu da çox güc tələb edir. Riçard Almeyda, Qara mənim üzümə baxanda artıq bilməliyəm ki, nə etmək istəyirlər. Bunu yerinə yetirmək üçün çox güc tələb etmək lazımdır. Maksim və Ansi bunu çox yaxşı edir, amma mən hələ buna alışmamışam. "Neftçi”də Bahadır Nasimov, Nikolas Kanales daim başla yaxşı oynaya bilirdi, bizdə isə yerlə daha çox oynayırıq.

- "Neftçi”də əsas heyət oyunçusu idin, amma burda belə deyil...

- Qurban Qurbanov burada elə vəziyyət yaradıb ki, heç kim adının yüz faiz "18”yə düşəcəyini belə bilmir. "Qarabağ”da düzgünlüyə çox önəm verilir. Bir şey dəqiqdir ki, güclüsənsə oynayacaqsan. Başqa şeylərdən söhbət belə gedə bilməz. Məndə buna inanıram. Ola bilər ki, əsas heyətdə oynay bilmirəm, demək, hələ bunu haqq eləmirəm. Əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm.

- Çempionatın 3-cü dövrəsinin ilk oyunu maraqlı nəticəylə yadda qaldı. "İnter” "Sumqayıt”ı uda bilmədi. Gösləyirdin belə hesab (0:0)?

- Bu oyuna baxırdım, maraqlı oyun alındı. "İnter” penaltini vursaydı hesab başqa ola bilərdi. Amma həmişə çempionata başlayanda ilk oyun çətin olur. "Sumqayıt” da artıq zəif komanda deyil. Bütün komandalara müqavimət göstərirlər. Amma "İnter”in bu oyuna yaxşı köklənmədiyini düşünürəm.

- "Qarabağ”da hamı sizə əsas rəqib "İnter”i görür. Bəs sən necə düşünürsən?

- Başqa komandalar üçün ola bilər, amma bizim üçün yerdə qalan 8 komandanın hamısı rəqibdi. Çünki bizə qarşı hamı ikiqat artıq mübarizə aparır. Mən bunu "Neftçi”də də görmüşəm. "Neftçi”ylə Avroliqada oynayanda da belə vəziyyət idi.

- Artıq "Qarabağ”ın flaqman olduğun deyirsən?

- Flaqman elə "Neftçi”dir. Amma son iki ildə ən güclü klub "Qarabağ”dı.

- Bu il "Qarabağ”la çempion ola biləcəksən?

- Oyunlara tam köklənməliyik. İlk iki dövrəylə müqayisədə on faizdə üstünə qoysaq, çempion ola biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail