Moldovada “Bakı-2015”in təqdimatı oldu

01.02.2015 | 3466 dəfə oxunub

Kişineudakı Respublika Sarayında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub.

Stadium.Az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Təqdimatda Moldovanın sabiq prezidenti Mirça Snequr, Moldova Respublikası Prezidenti Aparatının baş katibi İon Paduraru, Moldova Respublikası parlamenti sədrinin müavini Liliana Palixoviç, Moldova Respublikasının mədəniyyət naziri Monika Babuk, deputatlar, Moldova Mİlli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski, səfirlər və bu ölkədə akkreditə olunmuş digər diplomatlar, tanınmış idmançılar, ictimai xadimlər, biznesmenlər, habelə KİV nümayəndələri iştirak ediblər.

“Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev çıxış edib.

Səfir çıxışında tədbirin təşkilinə görə Moldova Milli Olimpiya Komitəsinə təşəkkür edərək, idman tarixində ilk Avropa Oyunlarının əhəmiyyətindən, Azərbaycanın bu oyunlara hazırlığından söz açıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin gördüyü böyük iş xüsusi vurğulanıb.

Bildirilib ki, bu irimiqyaslı tədbirə qısa müddətdə hazırlaşmaq son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabit və dinamik inkişafı, ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail