Kamran Ağayev "Qəbələ"dən rəsmən getdi

01.02.2015 | 4110 dəfə oxunub

“Qəbələ” qapıçı Kamran Ağayevlə yollarını ayırıb. Stadium.Az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən qolkiper “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.

29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.

“Qəbələ” Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail