"Qəbələ"dən ardıcıl 3-cü qələbə

28.02.2015 | 2500 dəfə oxunub

AFFA-nın aşağı yaş qruplarından olan komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də yarışdakı çıxışlarını davam etdirir. Lakin son turda meydana çıxmalı olan 4 komandamızdan yalnız U-19-un görüşü baş tutub. Digər 3 komandanın görüşü isə hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bunadək “Bakı”nı 3, “Qarabağ”ı 1 cavabsız qolla keçən U-19 qələbə seriyasını 3-ə çatdırıb. “Neftçi” üzərində 3:2 hesablı qələbədən sonra xal hesabını 32-yə çatdıran “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandamızın 18-ci oyunundakı rəqibi “Simurq” olacaq.

“Vətən”lə oyunu baş tutmayan U-17 isə növbəti matçda AZAL-ı qəbul edəcək. 13 matçda 35 xal toplayan komandamız turnir cədvəlində vahid liderdir. “Qırmızı-qaralar” ən yaxın izləyicisini 9 xal arxada qoyur.
Növbəti turda “Sumqayıt”la üz-üzə gələcək U-16-da turnir cədvəlinin ilk sırasında yer alıb. Komandamız 17 matçda 46 xal qazanmağı bacarıb.

“Əlincə”yə 0:1 hesablı məğlubiyyətdən sonra “Şahdağ”la matçı baş tutmayan U-15-in növbəti rəqibi “Bakı” olacaq. Liderlə səfər matçı öncəsi 35 xalı olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, U-14, U-13, U-12 və U-11 liqalarında mövsümün ikinci yarısına hələ start verilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail