Şehiç: "Qarabağ"da qapıçı və insan kimi inkişaf etdim"

27.03.2015 | 3582 dəfə oxunub

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina mətbuatına danışıb. Stadium.Az xəbər verir ki, növbəti dəfə ölkəsinin millisinə dəvət alan təcrübəli qolkiper təəssüratlarını açıqlayıb:

"Yenidən yığmaya dəvət aldığım üçün şadam. Hər kəs komandanın qarşısına qoyulan tapşırığı bilir. Səhv edə bilmərik. Ona görə hər oyuna yaxşı hazırlanmalı və ciddi yanaşmalıyıq".

Asmir Beqoviçi yığmanın 1 nömrəsi hesab edən Şehiç öz gücünə və təcrübəsinə də inandığını söyləyib : "Yığma komandada olan hər bir futbolçu oynayacağına ümid edir. Həmkarım Asmir Beqoviç həm millidə, həm də klubunda yaxşı oyun nümayiş etdirir. Bu səbəbdən də yığmanın bir nömrəsi odur. Ancaq mən də öz şansımı gözləyirəm. "Qarabağ"ın heyətində ötən ili uğurlu keçirdim. Avropa Liqasında güclü komandalara qarşı oyunlarda təcrübə topladım, qapıçı, futbolçu və insan kimi inkişaf etdim". 

Bosniya və Hersoqovina yığması "Avro-2016"nın seçmə mərhələsində sabah səfərdə Andorranın qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail