Avropa Oyunları öncəsi son sınaq

30.04.2015 | 2940 dəfə oxunub

Bakı-2015 1-ci Avropa Oyunlarına hazırlığın son mərhələsində olan qadınlardan ibarət karate üzrə milli komandamız İstanbula nüfuzlu turnirə yollanıb. Stadium.Az xəbər verir ki, 1-3 may tarixlərində müxtəlif yaş quruplarında 28-ci "Bosphorus Open" beynəlxalq turnirində böyüklərdən 5 nəfər kumite, 2 idmançı kata yarışlarında, 2 karateçi isə 16-17 və 18-21 yaşlılar arasında tatamiyə çıxacaq.

Kumitedə 16-18 yaşlı seçmə komandanın üzvlərindən Ülvi Qurbanov (-60 kq), 18-21 yaşlılardan Sərxan Quluzadə (+84 kq), böyüklərdən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) döyüşəcək. Kata yarışlarına isə Tural Balcanlı ilə Ədilə Qurbanova qatılacaq.

16-18 yaşlı gənclərdən ibrət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevə məşqçi Denis Morozov kömək edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbula yola düşən idmançılarımız mayın 4-də Bakıya qayıdacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail