"Bakı-2015": Uniformalar təqdim olundu

30.04.2015 | 5240 dəfə oxunub

Bakı-2015"in Uniformaların Paylanması və Akkreditasiya Mərkəzində Oyunların uniformalarının və akkreditasiya vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Stadium.Az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq 12-28 iyun 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün “Bakı-2015” uniformalarını və akkreditasiya kartlarını götürüb.

Uniformalar Oyunların uniforma təchizatçısı "Giltex" şirkəti tərəfindən istehsal olunur. "Giltex" şirkəti, "Bakı-2015" I Avropa Oyunları üçün ümumilikdə 110 000 ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BAOƏK-nin bütün işçi heyəti I Avropa Oyunları zamanı geyinmək üçün uniformalarını növbəti həftələr ərzində əldə edə biləcəklər.

"Bakı-2015"in Uniformalarının paylanması və Akkreditasiya Mərkəzində olan nazir Azad Rəhimov bildirib ki, I Avropa Oyunları Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridir: “Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək. İşçi heyətimizin və könüllülərimizin öz uniformalarını qürurla geyinəcəklərinə şühbə etmirəm. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər".

S.Kleq isə deyib ki, I Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək: “Mən dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım daha yaxınlaşdırır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail