"Bakı-2015": Bilet aldı, möhtəşəm hədiyyələr qazandı - FOTO

01.05.2015 | 49609 dəfə oxunub

Bakı-2015 və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları (AZAL) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk şanslı qalibi olduğunu açıqlayıb. Stadium.Az xəbər verir ki, bilet nömrəsi püşkatma ilə seçilən xanım AZAL tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznesklas, gediş-gəliş bileti və 1500 manat pul mükafatı qazanıb.

Bakı-2015-in şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələrlə həyata keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildi.

Abdullayeva sevincini bölüşərək bildirib ki, bu hədiyyə onun arzusu olub: “Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidi. Lakin bundan öncə, bizi Avropa Oyunları və mərasimləri gözləyir. Mən, AZAL və Bakı-2015-ə təşəkkürümü bildirirəm".

AZAL-ın prezidenti Cahangir Əsgərov I Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqdan və açılış mərasimindən də əvvəl buna töhfə verməkdən məmnunluğunu açıqlayıb: “Biz qalibin Nyu-York şəhərinə səyahətdən və Bakı-2015 mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik”.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq şanslı qalib kampaniyasının yüksək qiymətləndirib. O, bildirib ki, bu təbliğat, Bakı-2015 möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır: “Biz Azərbaycan Hava Yollarına bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail