"Avropa Oyunları bizim üçün ən mühüm yarışdır" - MÜSAHİBƏ

30.04.2015 | 2891 dəfə oxunub

İyunun 12-də start götürəcək Avropa Oyunlarına cəmi 42 gün qalıb. Stadium.Az xəbər verir ki, Oyunlar, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilir və 4 ildən bir baş tutacaq. Gözləntilərə görə, Bakıya 50 ölkədən 6000 idmançı gələcək.

Aerobika gimnastikası Avropa Oyunların proqramına daxil olan 4 qeyri-olimpiya idman növündən biridir. Yarışların formatına əsasən, medallar uğrunda qarışıq cütlüklər və qruplar mübarizə aparacaqlar.Qeyd edək ki, qrup komandası 5 nəfərdən ibarətdir.  

Ənənəyə uyğun olaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkəmizi yarışlarda təmsil edəcək qrup komandası ilə söhbət etdi. Onların fikirləri müxtəlif olsa da, Avropa Oyunlarında söz düşüncə, bir qayda olaraq etiraf etdilər ki, bu yarış onlar üçün çox vacib hadisədir.

Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

Timur Ələkbərov: Aerobika gimnastikası bölməsinə təsadüfən gəlmişəm, çünki 11 yaşım olanda dostumla mərcləşmişdim ki, bu idman növü ilə məşğul olacam və 1 il bu sahədə çalışacam. Mərci böyük fərqlə qazandım.

Vera Bosıx: 4 yaşım olanda valideyinlərim məni idman zalına, bədii gimnastika bölməsinə gətirdilər, amma mənim karyeram orada alınmadı. Valideyinlərim ilə məsləhətləşdikdən sonra, aerobika gimnastikası bölməsinə keçməyə qərar verdim.

Elçin Məmmədov: İlk əvvəl mən akrobatika gimnastikası ilə məşğul olmağa başladım. Daha sonra bu idman növündə karyeramı bitirdikdən sonra aerobika gimnastikasını seçmək qərarına gəldim. Mənim üçün bu idman növü çox maraqlıdır.

Vladimir Dolmatov: Bu təsadüfən oldu. 2004-cü ilin 15 dekabr tarixində bacım aerobika ilə məşğul olan zaman, mənə evdə oturmaq çox darıxırdırıcı gəldi. Ona görə də mən onunla birlikdə getmək qərarına gəldim və peşman olmadım.

Yekaterina Kotlyarova: Aerobika gimnastikası ilə 15 yaşından məşğul olmağa başlamışam. O zaman aerobika gimnastikası elə də məşhur deyildi, mən hətta hara gəldiyimi bilmirdim. Məktəbdə bu bölməyə qəbul haqqda elanı gördüm və maraqlandım.


Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

Timur: Başqa bir idman növünü aerobika gimnastikası qədər sevə bilsəydim, düşünürəm ki, alınardı.

Vera: İnanmıram ki, başqa bir idman növündə nəsə alınardı.

Elçin: Bu idman növündə məşğul olmasaydım özümü üzgüçülükdə sınamaq istərdim.

Vladimir: Dəqiq deyə bilmərəm, ancaq düşünürəm ki, başqa idman növündə yüksək səviyyəli idmançı ola bilərdim. Bu akrobatika və ya idman gimnastikası ola bilərdi, amma mən öz seçimimi etdim - mən aerobikanı sevirəm!

Yekaterina: Düşünürəm ki, misal üçün, voleybolda.


Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

Timur: Heç bir sirr yoxdur, sadəcə yaxşı formada olub meydançaya həzzlə çıxmaq lazımdır, o zaman həyəcan da olmayacaq.

Vera: Meydançaya çıxdıqda bütün qorxular və həyəcən məni tərk edir.

Elçin: Yarış günü hər bir hərəkətimi beynimdə analiz edirəm. Təmkinli olub, hər şeyin yaxşı keçəcəyini düşünürəm.

Vladimir: Mən sadəcə təsəvvür edirəm ki, hazırda mən məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur.

Yekaterina: Meydançaya çıxmamışdan əvvəl elementlərin düzgün yerinə yetirilməsini təsəvvür edirəm. Öz-özümə hər şeyin alınacağını deyirəm..


Fikrininzcə hər hansı idman növündə vacib olan nədir?

Timur: Ən əsası öz işinə olan sadiqlikdir.

Vera: İdmanda ən əsası təslim olmamaq və öz məqsədinə doğru inamla addımlamaqdır.

Elçin: Nizam-intizam ən vacibdir. Birdə müəllimin dediklərinə diqqətlə qulaq asma         q və yerinə yetirmək.

Vladimir: Qarşıya məqsəd qoymaq və bu məqsədə nail olmağa çox böyük istəyin olması! Onda hər şey alınacaq.

Yekaterina: Qələbəyə doğru getmək.


Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

Timur: Təhlükə hər yerdə var, hətta adi gəzinti zamanı belə. Məşq prosesinə və öz sağlamlığına ağılla yanaşmaq lazımdır.

Vera: Hər bir peşəkar idman növü zədələrlə bağlıdır. Hər bir idman növünün öz xüsusiyyətləri və çətinlikləri var.

Elçin: Məşq zamanı əvvəlcə çox yaxşı isinmə etmək lazımdır. Daha sonra hər bir məşq hərəkəti müəllimin dediyi kimi etsək heç bir təhlükə olmaz.

Vladimir: Hər idman növünün özünəməxsus təhlükəsi var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar.

Yekaterina: Hər bir peşəkar idman növündə zədə almaq riski var.


İdmanda kumiriniz varmı?

Timur: Kumirim yoxdur, pərəstiş etdiyim və onlar kimi uğur qazanmaq istədiyim idmançılar var. Bu mənə çox kömək olur.

Vera: Xeyr.

Elçin: Xeyr.

Vladimir: Mən özümü heç kimə bənzətmirəm və digər idmançıların zirvələrinə çatmağa cəhd etmirəm. Mənim öz yolum var.

Yekaterina: Maykl Felps.


Yaxın gələcək üçün planlarınızdan danışın.

Timur: Hazırda mənim üçün ən vacib yarış Avropa Oyunlarıdır.

Vera: Yaxın gələcək üçün planlar Avropa Oyunlarına hazırlıqdır.

Elçin: Bir aydan sonra bizi Avropa Oyunları gözləyir. Bütün fikrimi buna yönəltmişəm.

Vladimir: Planlarımda Avropa Oyunlarında layiqincə çıxış etməkdir.

Yekaterina: Hazırda biz Avropa Oyunlarına hazırlaşırıq və bu tədbiri səbirsizliklə gözləyirik.


Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

Timur: Bir neçə il əvvəl mən təsəvvür edə bilməzdim ki, Oyunlarda iştirak edəcəm. Hazırlığımız çox ciddi keçir, bir çox şeyi qurban vermişik, amma buna dəyər.

Vera: Ən vacib yarışdır.

Elçin: Mən çox sevinirəm ki, ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Məşqlərimiz daimi olaraq hər gün keçirilir.

Vladimir: Oyunlar mənim üçün özümü göstərmək şansıdır. Səbrimi toplayıb, dişlərimi sıxaraq heç nəyə baxmadan hər şeyin 100 faiz olacağına ümid edirəm.

Yekaterina: Aerobika gimnastikası Olimpiya idman növü olmasa da, Avropa Oyunlarının proqramına daxil olub və mənim üçün bu bir növ Olimpiada sayılır. Buna görə bu yarış mənim üçün ən vacib yarışdır.


İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədlər varmı?

Timur: Avropa Oyunlarının sayəsində, 3 il yarımlıq fasilədən sonra mən yenidən idmana qayıtdım. İndi məşqlərimi davam etdirmək istəyirəm, sonra isə məşqçilik fəaliyyətinə başlamaq niyyətindəyəm.

Vera: Şübhəsiz ki, idmanla bağlı olmayan gələcəyə dair böyük planlarım var.

Elçin: Hal-hazırda idmanın içindəyəm və bir tək Oyunlar haqda düşünürəm.

Vladimir: Hazırda yalnız bir məqsədim var - Avropa Oyunları.

Yekaterina: Bəli, var.


İdmanla gündəlik həyatını birləşdirə bilirsinizmi?

Timur: Bəli, əlbəttə!

Vera: Təəssüf ki, hər zaman alınmır.

Elçin: Xeyr. Mən bütün günümü demək olar ki zalda keçirdirəm.

Vladimir: Xeyr. Mən özümü hansısa bir işə tamamilə həsr edə bilərəm. Birləşdirmək olmur.

Yekaterina: Mənim üçün idman gündəlik həyatdır, işimdir.


Ailəniz haqqında biraz danışın.

Timur: Ailəm idmanla bağlı deyil, anam



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail