Azərbaycan klubunun adı dəyişdi

21.05.2015 | 3184 dəfə oxunub

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun adı dəyişib. Stadium.Az "Report"a istinadən xəbər verir ki, bu barədə federasiyanın vitse-prezidenti Faiq Qarayev məlumat verib.

F.Qarayevin sözlərinə görə, son illərin əvəzedilməz çempionu bundan sonra "Telekom" adlanacaq. O bildirib ki, belə bir qərar klubda sponsor dəyişikliyi ilə əlaqədar verilib. Federasiya rəsmisi bu dəyişikliyədək mövcud olan "Telekom" adlı komandanın taleyinə hələlik aydınlıq gəlmədiyini söyləyib: "Həmin komandanın hansısa adla fəaliyyət göstəcəyi və ya ümumiyyətlə, fəaliyyətini dayandıracağına iyunda aydınlıq gələcək. Bu gün isə o dəqiqdir ki, "Rabitə" artıq "Telekom" adı altında fəaliyyət göstərəcək və Çempionlar Liqasına da yeni adla qatılacaq. Çünki sponsor dəyişib. Yeni sponsor da istəyir ki, komandanın adı "Telekom" olsun".

"Rabitə" klubu 2004-cü ildə yaranıb. Komanda 2008-ci ildən etibarən voleybol üzrə Azərbaycan Super Liqasında mübarizə aparır. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası dünya çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail