"Çempionlar Liqasının qrupunda oynamaq istəyirik"

22.05.2015 | 3423 dəfə oxunub

"Cari mövsüm bizim üçün yuxu kimi oldu. Avropa Liqasında yaxşı çıxış etdik, turnirin finalçısına səfərdə qalib gəldik. Ardıcıl ikinci dəfə ölkə çempionu olduq və kuboku da qazanmaq şansımız var". 

Stadium.Az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə məxsusdu. Bosniya və Hersoqovinalı qolkiper ölkəsinin mətbuatına danışıb. Təcrübəli qolkiper açıqlamasında bir çox məqamlara toxunub:

"Qarabağ" bu çempionluğu uzun müddət gözləyirdi. Nəhayət, ardıcıl iki mövsüm çempionatın qızıl medallarına yiyələndik. Bu, mənim komandaya gəlişimlə üst-üstə düşdüyü üçün çox şadam. Mövsüm bizim üçün çətin keçdi. 62 oyunun 90 faizində iştirak etmişəm. Buna görə çox yorğunam. Ancaq şikayətlənmirəm. "Qarabağ"la ikinci titulumu qazandığım üçün şadam. Çempionluq başqa heç nə ilə müqayisə edilə bilməz". 

Şehiç artıq Çempionlar Liqasının qrupu haqda düşündüklərini söyləyib: "Hakimlərin qərəzli qərarı ilə Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra iştahamız daha da artıb. Biz qrupun son oyununda "İnter"ə qalib gəldik. Lakin hakimlər təmiz qolumuzu hesaba almadılar. Nəticədə 1/16 finala "Dnepr" yüksəldi və hazırda onlar finaldadırlar. Növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynamaq istəyirik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail