Azərbaycan yığmasında legionerlər oynayacaq

22.05.2015 | 3387 dəfə oxunub

Azərbaycan Şahmat Federasiyası 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasında medal qazanmaq iddiasındadır. Stadium.Az xəbər verir ki, bunun üçün federasiya rəhbərliyi kişilərdən ibarət yığma komandanın heyətini gücləndirmək fikrindədir.

Təşkilatçı ölkə kimi Azərbaycan şahmat olimpiadasında 3 kişi, 3 qadın komandasıyla təmsil olunacaq. Mükafatçılar sırasına düşməyə iddialı olacaq kişi şahmatçılardan ibarət əsas komandada bir neçə legionerin olacağı gözlənilir.

Azərbaycan Şahmat Federasiyası artıq Arkadi Naydiçlə danışıqları başa vurub. İyunun əvvəlində Bakıya gələcək əcnəbi şahmatçı federasiya rəhbərliyi görüşərək rəsmi müqaviləyə imza atacaq. Almaniya yığmasından imtina edən qrossmeyster 1 il müddətində Azərbaycan yığmasının şərəfini qoruyacaq. FİDE qaydalarına əsasən Almaniya yığmasından imtina edən Naydiç həmin ölkənin Şahmat İttifaqına 50 min avro ödəyəcək. Həmin məbləği ödəyəcək AŞF eyni zamanda Naydiçə aylıq məvacib də verəcək. Əcnəbi şahmatçının Azərbaycan yığmasında debütü noyabrda İslandiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək.

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının güclənməsi Arkadi Naydiçin dəvətiylə yekunlaşmır. Bir neçə ay əvvəl AŞF millimizdə oynamaq üçün İtaliya şahmatçısı Fabiano Karuana və Hollandiya qrossmeysteri Aniş Giriyə dəvət göndərib. Hər iki şahmatçı qərarını yığmamızın lehinə qəbul etməyib. Karuananın ölkəmizin şərəfini qorumaması həm də həddən çox maliyyə tələb etməsiylə əlaqədar olub.

Azərbaycan Şahmat Federasiyası axtarışlarını davam etdirir. Yaxın aylarda daha bir legioner şahmatçıyla müqavilənin imzalanacağı gözlənilir.

FİDE qaydalarına əsasən istənilən şahmatçı öz istəyilə milli komandasından imtina edərək başqa ölkənin şərəfini qoruya bilər. Bunun üçün şahmatçı sadəcə, imtina etdiyi ölkənin şahmat qurumuna 50 min avro ödəməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail