AFFA Rusiya millisini Bakı Olimpiya Stadionuna gətirmək istəyir

26.06.2015 | 3476 dəfə oxunub

AFFA rəhbərliyi Azərbaycan milli komandasının Rusiya yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq görüşü keçirmək istəyini dilə gətirib. Stadium.az xəbər verir ki, bu barədə TASS-a AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. 

Hazırda Olimpiya Stadionu "Bakı 2015" I Avropa Oyunlarının əsas idman qurğularındandır. Bu stadionda Oyunların açılış mərasimi, eləcə də atletika üzrə yarışlar keçirilib. İyunun 28-də isə bağlanış mərasimi olacaq. 

"Son 3 ildə biz Rusiya yığması ilə dəfələrlə qarşılaşmışıq. O cümlədən, ötən il Moskvada yoldaşlıq görüşü keçirmişik. Bizim böyük stadionumuzda da oynamaq istərdik. Əminik ki, bu halda tribunalar dolardı. Təəssüf ki, hələlik bu, bir qədər çətindir. Çünki gələn ilə hər şey təqvimdə göstərilib". 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk futbol matçının oktyabrın 10-da keçirilməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan yığması İtaliya ilə AVRO-2016-nın seçmə qrup matçına çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail