İlham Zəkiyevdən parlaq qələbə və qızıl medal

27.06.2015 | 3757 dəfə oxunub

Ötən gün “Bakı-2015” I  Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların mübarizəsi başlayıb. Stadium.az xəbər verir ki, yarış iki çəki dərəcəsi üzrə təşkil olunub.

Ölkəmiz üç idmançı ilə təmsil olunub. Zakir Mislimov və Səbinə Abdullayeva 1/4, İlham Zəkiyev isə yarımfinal mərhələsindən mübarizyə qoşulub. 
 
Kişilər

+90 kq


Yığmamızın lideri İlham Zəkiyev yarımfinalda yunanıstanlı Klimis Papaçristos cütünün qalibi ilə qarşılaşıb. "Neftçi İdman Klubu"nun yetirməsi olan Zəkiyev rəqibini ipponla məğlub edən cüdoçumuz finala yüksəlib. O, həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominovla qarşılaşıb. İpponla qalib gələn idmançımız qızıl medal qazanıb. 

Digər cüdoçumuz Zakir Mislimov 1/4 finalda Ukrayna idmançısı Aleksandr Pominovla üz-üzə gəlib. İppona düşən cüdoçumuz görüşdən məğlub ayrılıb. Məğlubiyyətə baxmayaraq, Mislimov təsəlliverici görüşlərə qatılıb. Burada fransalı Julyen Taurineslə ipponla qalib gələn təmsilçimiz bürünc medal uğrunda yarışmaq imkanı əldə edib. O, yarımfinalda cüdoçumuz İlham Zəkiyevin məğlub etdiyi yunanıstanlı Klimis Papaçristosla qarşılaşıb və ipponla qalib gəlib.

Qadınlar

57 kq

Bu çəki dərəcəsində millimizin üzvü Səbinə Abdullayeva 1/4 finalda ispaniyalı Mariya Merensiano ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Abdullayeva yarımfinala adlayıb. Bu mərhələdə ukraynalı Nataliya Nikolayçiki 1 yuko və 1 vazari xalı ilə məğlub edən cüdoçumuz finalda iştirak hüququ qazanıb. O, həlledici görüşdə digər ukraynalı İnna Çerniakla üz-üzə gəlib. S.Abdullayevə ipponla uduzub və gümüş medalla kifayətlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail