Rusiya qum üzərində qızıl medal qazandı

29.06.2015 | 4492 dəfə oxunub

Kapitan Fransesko Korosinitinin qırmızı kart alması, italyanların qalibiyyət barədə ümidlərini puç etdi

Stadium.az xəbər verir ki, bazar günü Rusiya 3-2 hesabı ilə qələbə qazanaraq, dolub-daşan mükafatlarına Bakı 2015 birinci Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarının da qızıl medalını əlavə edib.

Dünya reytinqi cədvəlində bir nömrəli komanda, 2011-ci və 2013-cü il dünya çempionu və indi isə ilk Avropa Oyunları çempionu olmuş Rusiya, qum üzərində dominant qüvvə olduğunu sübut edib. Belə ki, onlar bu güclərini finaldan əvvəl də göstərmişdilər.

Rusiya yığmasının kapitanı İliya Leonov əldə etdikləri qalibiyyət haqda danışarkən belə deyib: İlk hissədə italyanların şansı yox idi. Dördüncü qolu da ata bilsəydik, daha rahat olardıq. Lakin əvvəl 3-1 və sonra 3-2, çətin vəziyyət idi.

Qızıl medalın qalibləri, rusiyalı futbolçulardan ibarət komanda, birinci hissənin ortasında bir dəqiqə içərisində iki qol atmaqla, öz üstünlüklərini oyunun əvvəlindən nümayiş etdirməyə başlayıblar.


Sahib olduğu gücü ilə qürurlanan komanda, bu dəfə Leonovun vurduğu üçüncü cavabsız qoldan sonra, finalın taleyini sözün əsl mənasında yaxşılığa doğru həll edib.


Lakin Rusiyalı futbolçuların qapıçısı Andrey Buxlitski, sonda italyan Qabriyel Qorinin penatli zərbəsinin qarşısını ala bilməsə də, bundan dörd dəqiqə sonra qəhrəmanlıq statusunu daha da möhkəmləndirərək, digər italyalı futbolçu Allessio Frainettinin zərbəsini geri qaytarıb.


Davam edən mübarizə gərginləşdikcə İtaliyanın kapitanı Fransesko Korosiniti öz soyuqqanlılığını itirməyə başlayıb və nəticədə oyunun sonuna altı dəqiqə qalmış meydançadan uzaqlaşdırılıb. Bununla da italyanların qələbə əldə etmək barədə ümidləri tamamilə azalmağa başlayıb. Yarışın son anlarında isə Rusiya üçün yenidən qol imkanları mümkün görünüb. Beləliklə də İtaliya, məğlubiyyəti ilə azarkeşlərini məyus edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail