"Kobra Pərviz"ə Çində də batan olmadı - FOTO + VİDEO

21.07.2015 | 3133 dəfə oxunub

"Kobra-Pərviz" ləqəbi ilə tanınan Azərbaycanlı kikboksçu Pərviz Abdullayev 39-cu dəfə qalib olub. Stadium.az xəbər verir ki, Çinin Nanjinq şəhərində  kikboksinq üzrə reytinq xarakterli  peşəkar “Kunlun Fight Series” turnirində Azərbaycanı təmsil edən Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev rəqibi yerli idmançı Zhang Zhaoguandan 3 raund ərzində üstün olub. İkinci raundda kikbosçumuz rəqibi Zhang Zhaoguanıiki dəfə nokdaun edib. Sonuncu 3-cü raundda Kobra Pərviz tam üstünlüklə qələbə qazanıb.

Kikboks üzrə beş qat dünya çempiyonu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  42 doyüşündən  artıq 39-da qalib gəlib,  bunlardan 13-ü nokautla.

Pərviz Abdullayev bundan əvvəl müsahibəsində bildirmişdi ki, bu döyüşə bir neçə aylardı məşqçisi Mehman Umudov və FHN-nin reisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında hazırlaşıb. Həmçinin idmançı mütamadi olaraq “12 MayCobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail