Dünya çempionumuz növbəti döyüşünə çıxır

24.07.2015 | 4147 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov bu gün növbəti döyüşünə çıxacaq.

Stadium.az xəbər verir ki, həmyerlimiz Rusiyanın Krasnodar şəhərində təşkil olunacaq “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsində iştirak edəcək. 

84 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gələcək. İdmançımızın rəqibi indiyədək keçirdiyi 14 peşəkar döyüşdə 11 qələbə qazanıb, 3 dəfə məğlubiyyətə üzülüb. 22 yaşlı Şokalo Ukraynanın “ABİ Çest” klubunun üzvüdü. 188 santimetr boya malik idmançı pankration üzrə Ukrayna, kompo karate üzrə Avropa çempionatının gümüş mükafatçısıdı. “Triolan” döyüş liqasının ikiqat qalibi həm də fri-fayt üzrə Karpat kubokunun sahibidi. 

Boyu 177 santimetr olan Abbasovun hesabında 16-sı qələbə, 2-si məğlubiyyət olmaqla, 18 döyüş var. 30 yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. 16 dəfə qalib gələn Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub. O, PROFC-GPG-un qalibi, pankration, sambo, döyüş sambosu, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Döyüş sambosunda Avropa çempionu olan idmançımız sambo üzrə dünya kubokunun qalibi, sambo və cüdo üzrə Azərbaycan çempionu, həmçinin cüdoda beynəlxalq dərəcəli idman ustasıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail