"Qəbələ"nin yubiley oyunu

25.07.2015 | 2923 dəfə oxunub

“Qəbələ” tarixinin 350-ci rəsmi matçını keçirib. Peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən komandamız üçün yubiley matçı UEFA Avropa Liqasına təsadüf edib.

Stadium.az xəbər verir ki, II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunu “qırmızı-qaralar”ın 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan “Şərur”la I dəstə oyununa (8:0) təsadüf edən komandamız 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.

“Çukariçki” ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudur. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində “Qəbələ”yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.
“Çukariçki” ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Vojislav Stankoviç “Qəbələ”də debüt edib. O, 10 ildə “qırmızı-qara” forma geyən 191-ci futbolçudur. Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, “Qəbələ”də qol sevinci yaşayan 95-ci oyunçudur.

Gürcüstan paytaxtı Tiflisin “Dinamo”sunun (1:2, 2:0) ardından Serbiya “Çukariçki”sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail