"Seltik"in qapıçısı "Qarabağ" haqda: "Bu komanda bizimlə görüşdə də necə səviyyəli rəqib olduğunu göstərdi"

01.08.2015 | 4058 dəfə oxunub

"İlk oyunda qapımızı toxunulmaz saxlaya bildik. Bu, bizim üçün çox vacib idi. Üstəlik, qələbə qazandıq. Əminəm ki, səfərdə də qol vurmağı bacaracağıq".

 Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ" üzərində qələbə qazanan "Seltik"in qapıçısı Kreyq Qordon deyib. Qolkiper Bakıdakı cavab oyunu öncəsi Ağdam klubu haqda xoş sözlər söyləyib: 

"Seltik" güclü rəqibə qarşı mübarizə apardı. Bu komanda bizimlə görüşdə də necə səviyyəli rəqib olduğunu göstərdi. Əla texniki göstəricilərə malikdirlər. Topla çox yaxşı davranırlar, səliqəli oynayırlar".

Qordonun cavab oyununun çətin keçəcəyini söyləyib: "Cavab oyunu daha çətin keçəcək. Bu komandanı keçmək üçün xüsusilə müdafiə xəttində çox diqqətli və ağıllı oynamalıyıq".

Mərhələ adlayacaqlarına inandığını bildirən qapıçı səfərdə qol vurmağın vacibliyini xüsusi qeyd edib: "Minimal hesabla qalib gəlsək də, bu, elə də böyük üstünlük sayıla bilməz. Ona görə də səfərdə "Qarabağ"a mütləq qol vurmalıyıq. Meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, buna çalışmaq lazımdır. "Qarabağ" bizə qol vura biləcək gücdə olduğunu göstərdi. Bu üzdən biz də cavab matçında qol vurmaq haqda düşünməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail