Adil Şükürov: "Biraz problemlərimiz var" - MÜSAHİBƏ

03.08.2015 | 3161 dəfə oxunub

"Zirə” klubunun baş məşqçisi Adil Şükürovun müsahibəsini təqdim edirik:

- Komandanın Türkiyədə keçirilən təlim-məşq toplanışını necə qiymətləndirirsiniz?

- Təzə komanda olduğumuz üçün ilk toplantımızda çalışdıq ki, oyunçular arasındakı əlaqəmizi düzəldək. İlk növbədə komandanın legioner oyunçuları ilə əlaqəmizi möhkəmləndirdik. Bildiyiniz kimi, qarşıda ağır çempionat oyunları var. Komandamız hər cəhətdən oyunlara hazır olmalıdır. Biz bunun üçün əlimizdən gələni edirik.

 - Yoxlama oyunu haqqında fikirləriniz necədir? Son oyunda da məğlub oldu komanda...

- Yoxlama oyunu bizim üçün o qədər də əhəmiyyətli deyil. Ən əsası bizim üçün fiziki hazırlıqdı. Liqa başlayana kimi çalışacağıq ki, bütün çatışmamazlıqları aradan qaldıraq.

 - Toplanışda oyunçulardan istədiyinizi ala bildiniz?

- Tam demək olmaz, əlbətdə ki, hər oyuncu tam istədiyimiz nəticəni vermir. Amma inanıram ki, gələcəkdə istədiyim nəticəni əldə edəcəm. Bəzi oyunçulardan isə indidən razıyam, gözlədiyim nəticəni göstərdilər. Ən əsası fizi hazırlıqların görmək istəyirdik ki, əksəriyyətinin fiziki hazırlığından razıyıq. Bütün oyunçular canla-başla çalışırlar. Narazı qaldığım oyunçu yoxdu, bütün oyunçulara inanıram, ona görə də hamısı ilə müqavilə bağlamışıq.

- İstədiyiniz komandanı qura bilmisiniz?

- Hələ ki, tam olaraq mümkün olmayıb. Belə tez bir müddətdə komanda qurmaq asan iş deyil. İstədiyin komandanı qurmaq üçün aylara, illərə ehtiyac var. Amma demək olar ki, o qədər də güclü çatışmamazlığımız yoxdu.

 - Yeni transferləri necə qiymətləndirirsiniz?

- Çox yaxşı qiymətləndirirəm. Müəyyən xətlərdə biraz problemlərimiz var. Çünki çempionat bitdikdən sonra, bir müddət futboldan kənar qalmaqları futbolçuların texniki və fiziki cəhətdən zəifləmələrinə səbəb olub. Yeni transferlər hələki dəqiq deyil, amma bir transfer edə bilərik. Hələki kim olduğu bəlli deyil.

- Komandanın qarşısındakı məqsəd haqqında nə deyərdiniz?

- Təzə komanda olduğumuz üçün əsas məqsədimiz təbbi ki, liqada yüksək yerlərə doğru irəliləməkdir. Rəhbərlik qarşımıza heç bir məqsəd qoymayıb, bilirlər ki, yeni yaranmış bir komandayıq. Biz özümüz çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək və gücümüzü hər kəsə göstərək. (Goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail