Cüdoçular Füzuli Ələkbərovdan Prezident İlham Əliyevə şikayət etdilər

31.08.2015 | 2895 dəfə oxunub

Cüdo üzrə gənclər millimizin üzvləri onlara yaradılan şərait və göstərilən diqqətdən narazıdırlar. Cüdoçular etiraz əlaməti olaraq, avqustun 17-də etiraz aksiyası da keçirmişdilər. Buna səbəb cüdoçulara əziyyətlərinin qarşılığında lazımı diqqətin ayrılmaması idi. Bundan əlavə, cüdoçular beynəlxalq yarışlarda iştirak etmək üçün heç bir dəstək görmədiklərini də bildirirdilər. 

 

Stadium.az xəbər verir ki, aksiya keçirən cüdoçular bildirmişdilər ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqları söylənilib. Onlara "Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyə cavab verilib. Buna etiraz edən cüdoçular lazımi tədbirlər görülməyəcəyi təqdirdə, ölkə başçısına müraciət edəcəklərini açıqlamışdılar.

Cüdoçular etirazlarına cavab verilmədiyindən Prezident İlham Əliyevə müraciət ediblər

Ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi. 

Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. (Musavat.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail