...Mənə ailəmin yanında olmağa şərait yaratdı - Elvin Məmmədov

02.09.2015 | 3350 dəfə oxunub

Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Milli futbolçu bu səbəbdən Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boyz"la cavab oyununu buraxmalı olmuşdu. Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bu gündən etibarən məşqlərə başlayıb.

Stadium.az xəbər verir ki, Elvin baş verən son hadisələrlə bağlı klubun rəsmi saytına danışıb:

"Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən zəng edən, yazıb başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalistlərdən, azarkeşlərdən xeyli SMS-lər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boyz"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bu gündən məşqlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail