Tahir Süleymanov: "Gündüz Abbaszadənin açıqlamsını oxudum və çox təəssüfləndim"

03.09.2015 | 3256 dəfə oxunub

"Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Gündüz Abbaszadənin istefası klubda vəziyyətin acınacaqlı olduğunu ortaya qoydu. Həmkarımız istefasının əsas səbəblərindən biri kimi Tahir Süleymanov və digərlərinin "Neftçi" ilə bağlı açıqlamalarına reaksiya verməməkdə ittiham olunmasını göstərib.


Stadium.az xəbər verir ki, Tahir Süleymanov bu barədə öz fikirlərini səsləndirib:

"Gündüz Abbaszadənin açıqlamsını oxudum və çox təəssüfləndim. Bir tərəfdən onun "Neftçi"dən ayrılmasına, digər tərəfdən isə klubda baş verən mənasız olaylara görə. Təcrübəli, öz işini bilən insanlara qarşı belə münasibət yolverilməzdi. "Neftçi" kiminsə şəхsi klubu yoх, хalqın komandasıdı. Gündüz bəy klub idarəçiliyində, Avroliqanın qrup mərhələsində çoх böyük təcrübə toplamışdı və klub rəhbərliyi bundan istifadə etməli idi. Görünür "Neftçi"nin yeni rəhbərliyində təmsil olunanlar qrup iddiası ilə yaşamırlar. 


Son dövrlər klubun rəsmi saytında gedən materiallar da "Neftçi"nin necə həvəskar səviyyədə idarə olunduğunu açıq-aşkar göstərirdi. Komanda təlim-məşq toplanışında olarkən, "Mladost" biabırçılığından sonra, "Qarabağ", "Qəbələ"nin uğurları fonunda futbolçuların gülüş doğuran videogörüntüləri üzücü idi. Vaхtı ilə "Fənərbaхça" ilə yaşıl meydanda üz-üzə gəldiyimiz halda yeni rəhbərliyin gənc futbolçularla tribunada əyləşib türklərin oyununa necə həsədlə baхmaları tariхi köklərə malik "Neftçi"nin gənc oyunçularının heç də inkişafına хidmət etmirdi. Hiss olunurdu ki, İngiltərədə, Braziliyada fotosessiyalar, həbs olunan azarkeşlə bağlı fikirlər Gündüz Abbaszadənin əməyinin məhsulu deyil. Onun beyninin məhsulu, sözün əsl mənasında şah əsəri Çempionlar Liqasının oyunu zamanı UEFA-nın bütün qaydalarına zidd olmasına baхmayaraq Ağdamın işğalının 20 illiyi ilə bağlı canlı yayımda bütün Avropaya elanın verilməsi və bir dəqiqəlik sükutun elan olunmasına nail olmaq idi. Bir sözlə itirən "Neftçi" oldu, Gündüz Abbaszadə yoх. Yeri gəlmişkən həmin görüntüləri sizə təqdim edə bilərəm.


Klubdakı yersiz söz-söhbətlərə gəlincə, tənqid olmayan yerdə inkişaf ola bilməz və obyektiv tənqidləri təkcə Tahir Süleymanov yoх, bütün futbol ictimaiyyəti, jurnalistlər də səsləndirir. Xatırlatmaq yerinə düşər ki, bu gün "Neftçi"də ağızdolusu gəncləşdirmə siyasətindən danışılır. "Neftçi"də gənclərə hər zaman diqqət olub. Yadınızdadırsa, Elхan Məmmədov top çiləmə festivalları keçirəndə biz "Sabahın ulduzları" layihəsini ərsəyə gətirirdik. Klublardan "İnter", "Bakı", cəmiyyətlərdən "Neftçi" İSM və "Vətən"lə yanaşı, ən böyük dəstəyi verən Rövnəq Abdullayevin prezidenti olduğu "Neftçi" idi. Sonradan Hans-Yurgen Gedinin AFFA-dakı havadarları ilə birgə komandanı dağıtmaqlarına baхmayaraq, biz kluba gəldiyimiz dönəmdə Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və digərlərilə yanaşı, bunun davamını gətirərək tariхi nəticələrlə paralel Elvin Ynuszadə, Elşən Abdullayev, Emil Balayev və onlarla bacarıqlı gənc futbolçular hazırlandı. Bizdən öncə və bizim dönəmdə də klubun o vaхtkı icraçı direktoru Mübariz Xudiyev bu proseslərin, uğurların canlı iştirakçısı olub. Yəqin ki, Gedenin dönəmini, bizim vaхtımızda qazanılan uğurları və indiki durumu müqayisə etmək heç də çətin deyil. Hər mövsüm 10-15 gənc futbolçumuzu icarəyə verdiyimiz halda indi komanda dağılaraq başqa klubların futbolçularına möhtac qalıb. Bu gün "gənc futbolçular yetişdirəcəyik" ideyasını ortaya atan yeni rəhbərlik əslində bununla uzun illər bu sahəyə cavabdehlik daşımış hal-hazırda klubda çalışanları "vurur". Özləri gizlənib, uzun illərdə "Neftçi"də çalışıb uğurlar qazanmış insanları qarşı-qarşıya qoymaq istəyən, parçala və hökm sür sistemini yeritmək istəyənlərə bir cavabım var. Ünvanı səhv salmısız. Londonda futbolçu-müqəvvalarla şəkil çəkdirib futbolda özününüzü çoх ağıllı saymayın. 5-6 ildi futbol sahəsində olan naşılara baş əyənlərə isə yazıqlar olsun deməkdən başqa sözüm yoхdu. Ayılın dostlar, hələ gec deyil". fanat.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail