Məhəmmədrəsul Məcidov yığmadan kənarlaşdırıldı

01.10.2015 | 3926 dəfə oxunub

Boks üzrə milli komandamız bu gün Bakıda son məşqini edib. 

Stadium.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, seçməmiz sabah dünya çempionatının keçiriləcəyi Qətərin paytaxtı Dohaya yola düşəcək. 

Yarışda millimizin heyətində 9 boksçunun iştirak etməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Belə ki, həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib. 

Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib: "Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, gələn il son yarış isə Bakıda keçiriləcək. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq, orada uğurla çıxış edəcəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail