"Rəqib komandanın müdafiə xəttində boşluqlar çox idi"

02.10.2015 | 4426 dəfə oxunub

"Elə bir matç idi ki, oyun ərzində şans hər iki komandaya tərəf dönürdü. Biz də qalib gələ bilərdik, onlar da. Amma Dodonun vurduğu ikinci qolun oyundan kənar vəziyyət sayılması mənə çatmadı. Belə bir matçdan xalsız ayrıldığımız üçün çox məyusuq"

Bu sözləri açıqlamasında "Qəbələ"nin futbolçusu Fakunda Pereyra deyib. 

Argentinalı hücumçu Avropa Liqasının qrup mərhələsində "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının zəif çıxış etmədiyini bildirib: "Rəqib komandanın müdafiə xəttində boşluqlar çox idi. Kim necə düşünür bilmirəm, amma biz bu matçda zəif çıxış etmədik. 

Ola bilər ki, ilk hissədə oyuna kifayət qədər köklənə bilməmişdik. Amma ikinci hissədə öz səhvimizi düzəltdik. Demək olar ki, matçın ikinci hissəsi bizim nəzarətimiz altında keçdi. Hətta bir neçə qol imkanımız da oldu. Amma əks hücumlardan istifadə edə bilmədik. Çalışacağıq buraxdığımız səhvlərin üzərində işləyək. Qarşıdakı matçlara daha yaxşı hazırlaşmalıyıq". qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail