"Qurbanın addımı barədə hətta Avropada danışacaqlar"

05.10.2015 | 6940 dəfə oxunub

Topaz Premyer Liqasının VII turuna bu gün keçirilən “Qəbələ” – “Xəzər Lənkəran” oyunu ilə yekun vuruldu. Matç meydan sahiblərinin 6-0 hesablı qələbəsi ilə yekunlaşdı. 

Stadium.az xəbər verir ki“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunu belə şər etdi: “Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Əslində, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamırıq. Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun. 2 gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq. Açığı, statistika ilə maraqlanmıram. Erkən qol oldu, hesab 6-0 oldu və digər məsələlər məni maraqlandırmır. Əvvəl olanların bu gün üçün əhəmiyyəti yoxdur. Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır. Düşünürəm ki, futbolçu heç vaxt arxayınlaşmamalıdır. Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalısan”. 

Roman Qriqorçuk Qurban Qurbanovun penalti ilə bağlı məlum qərarına da münasibət bildirib: “Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. “Qarabağ” kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail