FIFA Yozef Blatter və Mişel Platini barəsində iş açıb

24.11.2015 | 2253 dəfə oxunub

FIFA-nın Etika Komitəsinin Arbitraj Palatası qurumun prezidenti Yozef Blatter və UEFA-nın başçısı Mişel Platini barəsində iş açıb. “RİA Novosti” xəbər verir ki, bu barədə məlumat FIFA-nın rəsmi saytında verilib.

Bəyanatda deyilir: “Arbitraj palatası məruzələri diqqətlə öyrənib və iki vəzifəli şəxsə qarşı rəsmi iş açmaq qərarına gəlib”.

İsveçrə Federal Ədliyyə Bürosu (FOJ) da sentyabrın 25-də Y.Blatterə qarşı iş açıb. Y.Blatter 2011-ci ildə 2 milyon İsveçrə frankını qanunsuz olaraq M.Platininin hesabına köçürməkdə şübhəli bilinir. Pullar guya 1999-cu ilin yanvarından 2002-ci ilin iyununadək olan dövrdə işlərin görülməsinə görə M.Platininin hesabına köçürülüb. Fransalı mütəxəssis bildirib ki, həmin ödəmə müqavilə əsasında, qanuna tam müvafiq şəkildə həyata keçirilib.

Xatırladaq ki, FIFA-nın Etika Komitəsi qurumun prezidenti Yozef Blatteri, baş katibi, daha əvvəl vəzifəsindən azad edilmiş Jerom Valkeni və UEFA-nın prezidenti Mişel Platinini oktyabrın əvvəllərində 90 gün müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən kənarlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail