İdmançımız Ukraynada qalibi oldu

26.11.2015 | 2586 dəfə oxunub

Azərbaycan idmançısı Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində təşkil olunan qaydasız döyüşün MMA versiyası üzrə “World MMA Network Maxmıx” turnirində ölkəmizi uğurla təmsil edib.

Stadium.az xəbər verir ki, reytinq xarakterli turnirdə gənc idmançımız Ü.Məmmədzadə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

İdman ustası Ü.Məmmədzadə qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionu və bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır.

İndiyədək qazandığı uğurların əsasında fasiləsiz məşqlərinin durduğunu söyləyən Ü.Məmmədzadə deyib: “Gərgin məşqlərimin, çəkdiyim zəhmətin bəhrəsini həmişə görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlarda olduğu kimi, bu dəfə də qalib gələrək bayrağımızı qaldırdım. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, mən təkcə öz qələbələrimlə deyil, Vətənimizi layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə qürur duyur və buna ürəkdən sevinirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail