"İtirəcək heç nəyimiz yoxdur"-Elnur Cəfərov

29.11.2015 | 2845 dəfə oxunub

"Xəzər Lənkəran" və millimizin gənc hücumçusu Elnur Cəfərov "Zirə"yə 1:0 hesablı məğlubiyyətdən sonra müsahibə verib

 
- "Zirə" ilə oyunda özünü yaxşı tərəfdən göstərə bilmədin...
- Düzdür, oyunum istədiyim kimi alınmadı. Buna səbəb də ayağımda ağrıların olmasıdır. Demək olar ki, 2-3 qarşılaşmadı ki, zədəli halda meydanda oluram. Baş məşqçi də gördü alınmır, məni əvəzlədi. Özüm də ağrıların olduğunu əvvəldən məşqçiyə bildirmişdim.
 
- 21 yaşlılardan ibarət milli komanda ilə toplanışda aldığın zədədir?
- Millidə aldğım zədə hələ də tam sağalmayıb, həm də ayağımın başqa yerində də ağrılar var...
 
- Bu oyunda məğlubiyyətə səbəb nə oldu?
- "Zirə"ni təbrik edirəm, amma heç nədən uduzduq. Qolu da öz qapımıza vurduq, heç də rəqibdən zəif oynamadıq. Qol epizodlarımız da oldu, amma yararlana bilmədik.
 
- Komandanın hazırki durumu ilə bağlı nə deyə bilərsən?
- İtirəcək heç nəyimiz yoxdur, yalnız bunu deyərəm. Ancaq meydana çıxıb oynamlıyıq və nələrsə əldə etməliyik.
 
- Qış fasiləsindən sonra komandada dəyişikliklər olacaq. Komandadan ayrılmaq ehtimalın var?
- Hələlik 3 illik müqaviləm var. Ölkə xaricindən təklif olsa, "Xəzər Lənkəran" özü məni buraxacaq. Azərbaycanda isə yalnız "Xəzər Lənkəran"da olacam.
 
- Yəni, gənc olmağına baxmayaraq öz oyununla öz sözünü demisən. Daha iddialı komandadan təklif gəlsə, nə edəssən?
- "Xəzər Lənkəran" hər zaman iddialı komanda olub, əgər qışdan sonra iddiasız olsa, klub özü imkan yaradar ki, daha yaxşı yerlərdə oynayaq. 
 
- Bayaq bildirdin ki, ölkə xaricindən təkliflər olsa gedərəm. Bir-iki il əvvəl "Zenit" və "Şaxtyor" səinlə maraqlanırdı. İndi belə bir ehtimal var?
- Həmin vaxt 16-17 yaşım var idi, Azərbaycan da Avropa Birliyinə daxil olmadığı üçün 18 yaşım tamam olmadığı üçün xaricdə qalmaq çətin idi. İndi 18 yaşım var, hazırdada bəzi danışıqlar gedir, hələlik bu barədə ətraflı heç nə demək istəmirəm. sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail