"Xəzər Lənkəran"ı udmaq yetərlidirsə,onda ancaq "XL"la oyunda tribunaya gəlsinlər"

29.11.2015 | 4399 dəfə oxunub

Bu gün "Neftçi"-"Qarabağ"qarşılaşması var. Son zamanlar, bu rəqiblər arasında keçirilən oyunlarda, hər iki klubun azarkeşləri arasında gedən mübarizə, futbolçular arasında gedən mübarizədən heç də geri qalmır. Amma bu oyun ərəfəsində, "Neftçi" azarkeşləri tam fərqli düşünür. Son qələbədən sonra "Neftçi" azarkeşlərində belə bir fikir formalaşıb. "Xəzər Lənkəran"ı udan "Neftçi", artıq bizim üçün qəhərmandır. Digər oyunlarda məğlubiyyət bizlərə fərq etməz" .


Stadium.az olaraq, hər iki klubun azarkeşlərinə üz tutub, bu fikrin nə qədər doğru olub-olmadığını soruşduq. Subhan Əliyev ("Forza Neftçi"azarkeş qrupunun rəhbəri):  "Açığı sabahkı oyuna, adi qaydada hazırlaşırıq. Sabah komanda udsa da, uduzsa da bizə "Forza Neftçi"olaraq fərqi yoxdur. Onlar, Lənkəranda "Xəzər"ə qalib gəliblər və bizim üçün qəhrəmandırlar. Sabah udsalar da, uduzsalar da yanlarında olacağıq və "Neftçi"ni alqışlayacağıq. Onlar, bizim gözümüzdə, artıq qəhrəmandırlar. Özümüz demişdik ki, "Lənkəran"da qələbə qazansınlar, mövsümü onlara qurban verek".


Elnur Quluyev ("İmarət" azarkeş qrupunun idarə heyəti):  "Belə də olmalıdır. "Qarabağ"ın 32 xalı var, "Neftçi"nin isə16 xalı. "Qarabağ" lider,"Neftçi" isə autsayderlər qrupundadır. Turnir cədvəlində "Neftçi" "Xəzər"lə qonşu pillələrdədir.Bizimlə nə rəqabət apara bilərlər ki? Onlar üçün hazırda rəqabət aparmalı rəqib, elə qonşu pillədə olan "XL" ın olması normaldır".


Aqil Məmmədov ("Qisas azarkeş qrupu"nun rəhbəri):  "Bu yanaşmanın mənasını başa düşmədim. Kimin üçünsə "XL"ı məğlub etmək yetərlidirsə, onda gərək başqa oyunlara getməyəsən. Məncə,əsas səbəb odur ki, "Qarabağ" bu gün, Azerbaycan cempionatı səviyyəsindən çox yüksək çıxış edir. Bu gün, "Qarabag"a premyer liqada rəqib yoxdur. Bu açıq-aşkar görünür. Onlar da başa duşürlər ki,favorit "Qarabag"dır. Bəlkə də, buna görə belə fikirlər səslənir. Biz də istəyirik ki, qarşımızda güclü rəqib olsun və maraqlı oyun olsun. İstər "Neftçi"nin, istər digər klublarımızın güclənməsini biz də istəyirik ki,çempionatımız maraqlı keçsin. Bu gün "Qarabag", rəqiblərini böyük xal fərqi ilə qabaqlayır."Qarabag"ın gücü göz qabagındadır. Ümid edirik ki, rəqiblərimiz də nə vaxtsa, bizimlə oyuna ümidlə çixacaq".


Ramiq Quluyev ("Qarabağ Ordusu"azarkeş qrupunun rəhbəri):  "Biz digər çempionat oyunlarına necə fan qrup şəklində gedib dəstək verirdiksə, sabah da elə olacaq.Xüsusi yenilik olmayacaq. Qaldı ki, "Neftçi" fanatlarının elə yanaşmasına,əsil azarkeş öz komandasına,rəqibinin kimliyindən asılı olmayaraq dəstək olmalıdır. "Xəzər"lə aralarındakı intriqaya görə elə düşünürlərsə, onda "Xəzər"lə növbəti oyuna kimi tribunaya gəlməsinlər,növbəti "Xəzər"lə oyunda gələrlər.(gülür) Sabah,Inşəallah biz qalib gələcəyik".


Səddam Orucov ("Qarabağsız Gənclər"azarkeş qrupunun rəhbəri): "Bizə görə, "Rəvan" da,"Azal" da rəqibdir. Hər bir oyunda, qələbə qazanmaq istəyirik. "Neftçi" azarkeşlərinin Azərbaycan tribunasında öz yeri var,amma çox cılız yanaşmadır. Onda sabahkı oyunda simiçka çırtlamağa gəlsinlər. Bir halda ki, "Neftçi"nin qələbə qazanmağı onlar üçün önəmli deyilsə, onda qələbəyə səsləməkləri də önəmli deyil, özlərini yormasınlar".


Ramiz Bayramov ("1951"azarkeş qrupunun rəhbəri): "Hazırlıq əla gedir. Tam sürət ilə bütün fan klub üzvləri, hamı canla-başla hazırlıq görür. Hər kəsin fikrinə hörmət edirəm. Bizlər, yalnız öz fəaliyyətimizi,gələcək layihələri, planları müzakirə edir və hazırlıqlar görürük. InşəAllah sabah da meydanda sevincli halda "Qarabağ", tribunada isə bizlər olarıq. Mən də səbirsizliklə sabahkı oyunu gözləyirəm".

Xanoğlan İMANOV, Stadium.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail