Hörmət edilməyən rəhbər, mənasız yeməkxana söhbəti, "zəhərlənmə"... - YAZI

05.02.2016 | 4721 dəfə oxunub

“Neftçi” həmişə sox su aparan xəmir olub. Bu xəmiri nə qədər yuğursaz da, acımır ki, acımır. Amma bu Çingiz Abdullayev lap acısın da çıxardıb. “Adam gibi adamdı” “Neftçi”yə gəlməmişdən öncəki zamanlarda...

ÇİNGİZ ABDULLAYEVİN SENZURASIZLIĞI

Kişi, bu komandaya gələndən, hər dəfə ağzın açıb nəsə danışır və hamısında nüfuzundan bir stəkan hörmət xərcləyir.

Abdullayevin son “quşu” isə “Sumqayıt”la oyundan sonra oldu.

“Penklub söhbəti”ndəki biabırçılığından sonra bir qədər səssizliyə çəkilən Abdullayev, bu dəfə də özünü saxlaya bilmədi. Onun "lakin indi xadimədən tutmuş, gözətçiyə kimi, bütün işçilərə hər gün pulsuz yemək verilir" sözərini işlətməsi klubun son prezidenti Sadıq Sadıqova “ilişməsi” idi.

Çinanın “yemək” söhbətinə bir qədər sonra qayıdacam.

ÇİNGİZ ABDULLAYEVƏ “NEFTÇİ”DƏ HÖRMƏT EDİLMİR

Ortada maraqlı başqa  məqam da var. Abdullayevin şəxsi "facebook" səhifəsində etdiyi paylaşım da son günlər idman mətbuatında müzakirə mövzusuna çevrildi. Çünki Abdullayevin “Neftçi”də “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” sözlərini deməsi ortaya bir sıra sullar qoyurdu. Ancaq suallara keçmədən “Neftçi” klubunun bununla bağlı bəyanatını olduğu kimi diqqətinizə çatdırım:

"Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”nin Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin feysbukdakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi”yə heç bir aidiyyatı yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

"Neftçi"yə işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

“Neftçi” komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub".

Nə isə başa düşdüz? “Neftçi”nin rəhbəri olan adam, rəhbəri olduğu klubun saytında “neprav” çıxardılır. Bu isə o deməkdir ki, Abdullayev həqiqətən də, “Neftçi”də heç bir rol oynamır. O, orada ancaq müqəvva kimi – fiqur olaraq istifadə edilir. Əslində isə klubu fırladan icraçı direktor Elnur Məmmədovdur. Çingiz müəllim, öz adınıza, nüfuzuna bunları necə sığışdırırsız? Yaraşırmı bunlar milyonlarla kitabı satılan dünyaca ünlü qələm sahibinə?

Zahid Oruc demişkən, bəlkə gedəsiz?!..

“Neftçi”nin Abdullayev barədə bəyanatı hər kəsin iç üzünü ortaya qoydu. Çünki bu bəyanat klubda kimin kim olmasını xalqa göstərdi. Amma indi “Neftçi” xalqın komandası deyil. Buna görə də, orada olanlar, yaşananlar xalqın oğullarının heç sünbülünə (kimi) də deyil!..

NİYƏ SADIQ SADIQOVA “İLİŞİLİR”?

Saytlardan birində də bu msələlər müzakirəyə çıxardılıb və “Neftçi”nin o vaxtkı prezidenti Sadıq Sadıqov hətta qınanılıb ki, klubda öz yaxınlarını, qohumlarını işə götürüb... Bizdə fikir formalaşıb ki, niyə insan bir işdə işləyəndə, ora mütləq yaxınlarını, qohumlarını qəbul edir?

Çünki avropalılardan fəqrli olaraq, bizimkilər “atmağa”, “yeməyə” daha çox meyillidirlər. Bunun üçün də, vəzifə sahibi ətrafına kimisə götürəndə “rastgələ” adamı yox, tanıdığı, inandığı, etibar etdiyi insanları yığır. Belə adamlar isə həmin vəzifə sahibinin ya qohumu olacaq, ya dostu, ya da yaxını. Başqa cür variant var? Mən vəzifə sahibiyəm, yoldan keçənə necə etibar edib, onu hansısa məsul bir işə qoya bilərəm?

Bu baxımdan da, Sadıq Sadıqovun “Neftçi”də hansısa vəzifəyə, lap belə yeməkxanaya öz yaxının təyin etməsində qəbahət bir iş yoxdu. Bunu yazan jurnalist nə üçün “Neftçi”inin icraçı direktoru Elnur Məmmədovu kluba AFFA-nın baş katibi Elxan Məmmədovun göndərməsini demir? Mübariz Mənsimov “Xəzər Lənkəran”ı qardaşı Mais bəyə tapşırıb. Səhv edib? Bəyəm gətirib mənə verməlidir? Ən inandığı adam qardaşıdır ki, klubu bu qədər uğursuzluq fonunda yenə də ona etibar edir. Çünki ortada inam və etibar var! Bax, jurnalistlərdən bu fikir uzaq deyil deyə, indi həmin orqan “Neftçi”dən aldığı min manatın ucbatından belə yazmağa məhkumdur! Çünki jurnalistikanı belə manatlara satanlardan qərəzdən başqa nəsə gözləmək də gülüncdür. Axı manat vadar edir ki, elə yazsın... Manata bax ha, nə qədər ölsə də, hələ manatlığında təpər qalıbmış, sən demə...

Bu jurnalistə bir sual, bəyəm sabah müdürün səni işdən çıxartsa və səndən daha yaxşı bacarığı olan qohumunu işə götürsə, burda pis nəsə olacaq?

TAHİR SÜLEYMANOVLA NƏ ƏLAQƏ?

İndi klubun o vaxtkı vitse-prezidenti Tahir Süleymanov “Neftçi”nin hazırkı rəhbərliyinin əleyhinə “döşəyir” və ən pisi odur ki, düzün deyir, haqlıdır. Bunlar isə Süleymanovu Sadıqovun “qızışdırdığını” düşünürlər. Çünki o qədər futbolsuzdurlar ki, Tahir Süleymanovun ölkə futbolunda müxalifətçi, hələ “Neftçi”yə gəlməmişdən öncə də bu komandanı kəskin tənqid etməsindən və onun Sadıq Sadıqovdan lap əvvəl orda işləməyə başlamasından xəbərsizdilər Sadıqov gələndə, Süleymanov elə vitse-prezident idi. Və o, o qədər savadsız adam deyil ki, kiminsə sözüylə efirə çıxsın!

MƏNTİQSİZ YEMƏKXANA SÖHVƏTİ...

Qısası, Sadıq Sadıqovun “Neftçi”də işlədiyi zaman klubun yeməkxanasına özünə yaxın, doğma bildiyi adamı təyin etməsində qəbahət heç bir şey olmamalıdır. Çünki yemək çox vacibdir. “Neftçi” kimi bir klubun myemələrinə nəzarət etmək çox vacib məsələ idi. Buna görə də, bu işə çox inam və etibar olunacaq bir insan rəhbərlik etməlidi idi. Beləsi isə ancaq rəhbərin yaxını, dostu, qohumu ola bilər. Elə Sadıqov da bunu deyib:

Sponsorla razılığa gəlinmişdi və işçilərə yemək verilirdi. Mən həmin aşpazın adını Əbdül bilirdim. Saytdan oxudum ki, tam adı Əbdüləzimdi. Onunla heç bir qohumluğum yoxdu, əvvəldən orda işləyib. Yenə deyirəm, orda mən cibimdən 1 manat da pul xərcləmirdim. Eşitmisizmi ki, 5 il ərzində bir dəfə deyim ki, kiməsə çörək verirəm? Biz kimik ki, kiməsə çörək verək? Sponsorla öhdəçilik müqaviləmiz var idi. Bu gün də elədi. Yəqin ki, Çingiz Abdullayev və Elnur Məmmədov da öz cibinin pulu ilə camaata yemək vermir.

Fikrət Məmmədovla bağlı məsələyə gəlincə, ora elə bir yerdi ki, mühasibatlığın hesablarının nəzarəti altında olub. Nəinki yeməkxana məsələsində, həmçinin ümumi məsələlərdə bizim sponsorla hesabatımız var idi. Köçürdüyü pulun hesabatını aparıb verirdik. Maliyyə Qədim müəllimin nəzarətində olduğu üçün bu kimi şeylərə o, baxırdı. Yenə deyirəm, ora elə bir yer idi ki, min cür təxribat ola bilərdi. Yeməyi zəhərləyə də bilərdilər və s. Güclü ajiotaj var idi. Hətta oyunçuları çayxanalarda çəkib danışdırırdılar. Bu məsələlər bizdə də müzakirəyə qoyulurdu və o, ciddi nəzarət üçün ora qoyulmuşdu. Gərək tanıdığımız adamı ora qoyaq da, tanımadığım adamı necə qoyum? Futbolun o vaxtkı gərginliyini, ajiotajı nəzərə alaraq, mənə yaxın olan adamı ora qoymalıydım ki, güclü nəzarət olsun. Bu gün də həmin sənədlər qalır, həmin mühasibatlıq ordadı. Əmək haqlarına qədər öyrənə bilərsiz ki, kim nə qədər pul alıb, ona nəzarət Qədimdə olub. Sonra orda adını unutduğum bir ağsaqqal var idi, bizim işçi idi. Sırf yeməkxanada otururdu, təchizatla bağlı məsələləri qeyd edirdi.

ELNUR MƏMMƏDOVLA ÇİNGİZ ABDULLAYEV MÜHARİBƏSİ...

“Neftçi”nin icraçı direktoru Elnur Məmmədovun göstərişi ilə klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev barədə rəsmi saytda yerləşdirilən bəyanat isə bir daha sübut etdi ki, əslində, bu iki şəxs arasında problem var. Çünki Məmmədov klubu tam olaraq ovcuna almaq istəyir. Abdullayev isə beynəlxalq nüfuzuna arxalanıb hər nə həldi danışır, özü də bilmədən, rəhbəri olduğu klubun bütün eyiblərini açıb xalqa göstərir. Bu eyiblər isə Məmmədovun da əməllərininin nümayişi olur.

“NEFTÇİ” “KÜTLƏVİ” ZƏHƏRLƏNMƏ...

Bu iki şəx arasında yaşanan qalmaqallarla bağlı maraqlı bir falkt əldə etmişik. Belə ki, hazırda “Neftçi”nin yemək işlərinə baxan firmanın rəhbəri Çingiz Abdullayevin dostudur. Onu da “Neftçi”yə məhz Abdullayev gətirib. Elnur bəy isə bundan narazıdı. O da klubun yemək işlərinə özünə yaxın bir insanın rəhbəri olduğu firmanın nəzarət etməsini istəyir. Ancaq bu işdə Çingiz Abdullayevə güc gələ bilmir. Hətta məsələ o yerə çatıb ki, nlubda bir neçə dəfə “zəhərlənmə” olayı baş verib. Elnur Məmmədov Abdullayevə şikayət edib ki, yeməklər yaxşı hazırlanmır, onlar zəhərləniblər. Elnurla yanaşı zəhərləndiyini iddia edən isə yalnız klubun maliyyə işlərinə baxan Qədim müəllim olub. Yəni eyni yeməkdən hamı yesə də, zəhərlənən ancaq iki nəfər olub. Abdullayev də yaxşı başa düşür ki, zəhər yemək zəhəri yox, başqa zəhərdir. Bunlar zəhər hayında olsalar da, hər vəchlə Sadıq Sadıqovdan əl çəkmək kimi bir fikirlərinin olmadığını da göstərirlər. Zəhərlənirsiz, zəhərlənin, özünüzə niyə yoldaş axtarırsız? Çünki yaxşı bilirlər ki, bu zəhər gec-tez burunlarından gələcək və Sadıqovu online saxlayıb, gələcək üçün ehtimal variant saxlamaq niyyətindədirlər. Amma unudurlar ki, Sadıq Sadıqov klubdan ayrıldıqdan sonra, onunla bağlı ortada 1 manat da olsa “yeyinti” söhbəti olmadı... Onları narahat edən də, elə budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail