Əfran İsmayılov: "Kim desə ki, çempionat çox zəifdir, mən bununla razı deyiləm" - MÜSAHİBƏ

08.02.2016 | 2589 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov "Xəzər Lənkəran"a qalib gəldikləri (3:0) oyundan sonra müsahibə verib. Bu müsahibəni təqdim edirik:

- “Xəzər Lənkəran” indi ağır günlərini yaşayır. Buna görə də, hamımız üzlürük. Ancaq çox döyüşkən komanda yaradıblar. Meydana çıxan hər bir futbolçuları özünü göstərmək istəyir. Həm öz oyunlarını düzəltmək, həm də başqa yaxşı komandaların diqqətini çəkmək üçün əllərindən gələni edirdilər. Birinci hissədə çox çətin oldu. Ancaq cərimə zərbəsindən qol vurduqdan sonra oyunun məcrasın öz xeyrimizə dəyişə bildik.

- Demək olar ki, cərimə zərbəsindən vurulan qol sizin üçün dönüş nöqtəsi – qırılma anı oldu?

- Təbii ki, razıyam. Çünki rəqib qapısına yaxınlaşa bilmirdik. Çox sıx müdafiə olunurdular. Ancaq qol vurandan sonra onlarda da özünəniam itdi və biz də bundan lazımınca istifadə edib istədiymizi etdik.

- 4 oyundan sonra ilk qələbədir. Sizcə “qara zolaq”dan çıxdız, yoxsa zəif “Xəzər Lənkəran” qələbəsi sizi aldatmamalıdır?

- Təbii ki, biz buna görə arxayınlığa qapılmamalıyıq. Lider komanda elədir ki, daim qələbə qazanmalıdır. İndi bizə yaxın komandalar olan “Zirə”, “Qəbələ”, “Kəpəz” də qələbə qazanır. Buna görə hər oyunda maksimum nəticə qazanmalıyıq. Mən buna “qara zolaq” da deməzdim. Çünki xal fərqində bütün rəqiblərimizi qabaqlayırıq və xeylən öndəyik. Əsas odur ki, oyunumuzu tapaq və qələbələrimizi qazanaq.

- Demək istəyirsən ki, çümpionatın aşkar lideri “Qarabağ”dı?

- Hazırda haçıdan öndəyik də.

- Xal hesabında yox, ümumiyyətlə...

- Yox, xal hesabında deməzdim. “Zirə” də arxadan gəlir, onlar da yaxşı çıxış edirlər. Kim desə ki, çempionat çox zəifdir, mən bununla razı deyiləm. Çox gərgin keçir oyunlar.

- “Xəzər Lənkəran” bir dəfə də olsa qapını qarşısında ciddi qol epizodu yarada bilmədi. Maraqlıdı belə komandaya qarşı oynamaq?

- Belə komandaya qarşı oynamaq çox çətindi. Çünki başqa komanda həm oynayır, həm də oynamağa imkan yaradır. Ancaq müdafiəyə qapanan komandaya qarşı oynamaq çətinlik yaradır. Nə özləri oynayırlar, nə də oynamağa imkan ayardırlar. İndi əsas məsələ odur ki, biz qələbəmizi qazandıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail